Accessibility links

Təbriz, Urmiyə və Zəncanda təqaüdçülər piket keçirib


Təbriz - Təqaüdçülərin mitinqi (şəkil İşçilər Azad Birliyinin Telegram kanalından)
Təbriz - Təqaüdçülərin mitinqi (şəkil İşçilər Azad Birliyinin Telegram kanalından)

İran telekommunikasiya şirkətinin təqaüdçüləri iyun ayının 26-da İran Azərbaycanı daxil olmaqla müxtəlif vilayətlərdə aksiya və yürüş keçirməyə davam ediblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və İran İşçilərinin Azad Birliyi kimi mənbələrin yaydığı görüntülər və məlumata əsasən, təqaüdçülər bazar ertəsi günü Təbriz, Urmiyə, Zəncan və Ərak kimi şəhərlərdə piket və yürüş təşkil ediblər.

İran İşçiləri Azad Birliyinin Telegram kanalında yayılan görüntülərin birində aksiyaya qatılanların nümayiş etdirdiyi plakat üzərində yazılıb ki, "biz ödənişlər və müavinətlərin hər ay müntəzəm şəkildə ödənilməsini tələb edirik."

İranın müxtəlif vilayətlərində telekommunikasiya şirkətinin təqaüdçüləri aylardır ki, aksiya və yürüşlər təşkil edərək tələblərini gündəmdə saxlamağa çalışırlar. Onlar, Tehranda nazirliyin yerləşdiyi küçə və ya İran Parlamentinin önündə, digər şəhərlərdə isə telekommunikasiya şöbələrində toplaşırlar.

Əmək hüquqları müdafiəçilərinin bildirdiyinə görə, telekommunikasiya təqaüdçüləri məşğulluq üzrə nizamnamənin tam icrası, sığorta hüquqlarının yerinə yetirilməsi, sağlmlıq sığortası ilə əlaqədar problemlərin çözülməsi və ödənişlərinin müntəzəm şəkildə ödənilməsini tələb edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG