İyunun 30-da Azərbaycandakı ABŞ səfirliyinin əməkdaşları ABŞ-da Qürür Ayını və LGBTQI+ icmasının nailiyyətlərini, möhkəmliyini və töhfələrini qeyd etmək üçün səfirliyin həyətində Qürur bayrağını qaldırıb.
"İyun ayı Qürur Ayıdır. Qlobal miqyasda bütün LGBTQI+ fərdlərinin bərabər hüquqlarını müdafiə etməyə davam edənlərin əzmkarlığını qeyd edirik. LGBTQI+ hüquqları insan hüquqlarıdır", ABŞ səfirliyi bildirir.
ILGA-Europe-un son hesabatına görə, Azərbaycan LGBTIQ+ hüquqları sahəsində Avropa Şurasına üzv olan 49 ölkə arasında sonuncu yerdədir. Ölkədə LGBTIQ+ vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulduğu, onların ayrıseçkiliyə məruz qaldığı bildirilir.
Azərbaycan hakimiyyəti isə vətəndaşların təməl hüquq və azadlıqlarının tam təmin olunduğunu deyir, bu cür hesabatları qərəzli adlandırır.