Accessibility links

ABŞ-ın Azərbaycandakı Səfirliyi Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya Əleyhinə Gün münasibəti ilə LGBT bayrağı qaldırıb


"Bu gün ABŞ Səfirliyi Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya Əleyhinə Günü (IDAHOT) ilə əlaqədar Qürur bayrağını qaldırıb."

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifədində yaydığı məlumatda deyilir.

“Amerika Birləşmiş Ştatları müxtəlifliyi ilə seçilən ölkədir və LGBT icması cəmiyyətimizin vacib və dəyərli bir hissəsidir. ABŞ-da LGBT fərdləri açıq şəkildə ölkələrini orduda qoruyurlar, Konqresdə təmsil edirlər, tibb və biznesdən tutmuş siyasi aktivliyə və incəsənətə qədər fərqli sahələrdə çalışırlar. LGBT fərdlərinin ailələri var və onlar bizim qonşularımız, dostlarımız və ailə üzvlərimizdir,” ABŞ Səfirliyinin məlumatında qeyd edilir.

ABŞ Səfirliyi IDAHOT günündə LGBT fərdlərinin cəmiyyətdəki hər kəslə eyni hüquqlara sahib olduğunu vurğulayıb.

“Kimlərisə qəbul etməmək və bəyənməmək, onları həyatlarını dinc şəkildə yaşamaq və cəmiyyətə töhfə vermək hüququndan məhrum etmək üçün əsas deyil,” səfirliyin məlumatında deyilir.

XS
SM
MD
LG