Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Rəcəb Tayyib Ərdoğana zəng edərək onu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək, əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbyacana rəsmi səfərə dəvət edib.
Dövlət başçıları iki ölkələ arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.
Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan Prezidentinin təbrikindən sonra Bakının mərkəzi küçələrində Türkiyə bayraqları və hakim AKP-nin emblemləri olan avtomobillər yürüşə başlayıb.
Türkiyənin Anadolu xəbər agentliyi Rəcəb Tayyib Ərdoğanın rəqibi Kamal Kılıçdaroğlunun 47, prezidentin isə 53 faiz səs topladığını bildirib.
Türkiyəyə 20 ildir rəhbərlik edən hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın bu ayın əvvəlində keçirilən ilk səsvermədə qalibiyyəti çox az miqdarda səs çatmayıb.
Prezidentin rəqibi, altıpartiyalı alyansın namizədi, Türkiyənin sol mərkəzçi ana müxalifət partiyasının lideri 74 yaşlı Kamal Kılıçdaroğlu idi.