Accessibility links

Ərdoğan Türkiyə prezident seçkilərində qələbəsini elan edib


Prezident seçkilərinin ikinci turundan sonra səslər hesablanır. Xalq Birliyinin namizədi Rəcəb Tayyib Ərdoğanla Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu arasında səs nisbətləri bir-birinə yaxın olub. Ərdoğan həm AA, həm də ANKA məlumatlarına görə, öndədir.

Türkiyənin Anadolu xəbər agentliyi Rəcəb Tayyib Ərdoğanın rəqibi Kamal Kılıçdaroğlunun 47, prezidentin isə 53 faiz səs topladığını bildirib.

Ərdoğan: "İki bayram arasında bizə demokratiya bayramı bəxş edən millətimə minnətdarlığımı bildirirəm".

"Ölkəmizin hər bir üzvünə qarşıdakı beş il ərzində bu ölkəni idarə etmək məsuliyyətini bir daha mənə həvalə etdiyi üçün təşəkkür edirəm. İnşallah etimadınıza layiq olacağıq. Nə demişdim, bazara qədər yox, məzara qədər bir yerdə olacağıq demişdim" - deyə o əlavə edib.

Türkiyəyə 20 ildir rəhbərlik edən hazırkı prezident Rəcəb Tayyib Ərdoğan bu ayın əvvəlində keçirilən ilk səsvermədə qalibiyyət üçün cəmi bir neçə pillə geriləyib.

Prezidentin rəqibi, altıpartiyalı alyansın namizədi, Türkiyənin sol mərkəzçi ana müxalifət partiyasının lideri 74 yaşlı Kamal Kılıçdaroğludur.

Kılıçdaroğlu Türkiyədəki inflyasiyaya və üç ay əvvəl baş vermiş dağıdıcı zəlzələnin nəticələrinə baxmayaraq, prezident seçkilərinin ikinci turunda 69 yaşlı Ərdoğanda güclü namizədlə üz-üzədir.

Bazar günü Ərdoğan üçün qələbə onun Türkiyə lideri kimi üçüncü onilliyinin başlanğıcı demək olacaq. Onun nəzarəti altında Türkiyə hökuməti getdikcə avtoritarlaşır.

Sorğular Ərdoğanın rəqibindən cəmi bir neçə xal irəlidə olduğunu göstərir.

Səsvermə saat 17:00-da başa çatıb və nəticələrin elanı gözlənilir.

XS
SM
MD
LG