Siyasi elmlər üzrə alim və aktivist Teoman Aktan Amerikanın Səsinə müsahibədə İranın fərqli bölgələrində kütləvi siyasi və ictimai hərəkatların ortaya çıxmasının səbəbləri və təsirləri haqqında danışıb.
Your browser doesn’t support HTML5
Teoman Aktanın sözlərinə görə, "ictimai və siyasi hərəkatlar özəlliklə də İranda əslində toplumun siyasət sahəsinə daxil olmasına qarşı qoyulan maneələri aşmaq üçün ortaya çıxan hərəkatlardır."
Politiloq Pəhləvi və İslam Respublikası hakimiyyətləri dönəmindəki rəsmi dövlət siyasətinə diqqət çəkərək deyir ki, "yüzillik bir inkar var, yüzillik bir basqı var. Bu inkar və basqının nətiəcsində istər ictimai sahədə, istər siyasi sahədə ortaya çıxan bir şiddət var. Bir yoxsullaşma var. Hər sahədə ayrıseçilik siyasətləri var. İrqçilik var. Və bunların hamısı zaman-zaman toplumun çox ağır bir səssizliyə məhkum buraxılmasına səbəb olub."
O, İran Azərbaycanında baş verən 2006 May Qiyamı kimi geniş ictimai etirazların bu səssizliyin pozulmasına zəmin hazırladığını önə çəkir:
SEE ALSO: Ural Hatəmi: 2006 May Qiyamındakı düşüncəni 'Haray haray mən türkəm' kimi şüarlarda görmək olar"2006-da ortaya çıxan hərəkat kimi toplumsal hərəkatlar bu səssizlik dönəmlərinin param-parça olması və toplumun əzilən kəsimlərinin yenidən siyasi aktyorlar kimi meydana çıxmasının şərtlərini hazırlayır."
2006 may ayının 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan "İran" jurnalında dərc edilən karikaturalar etirzalara səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə isə hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir. Günlərlə davam edən kütləvi etirazlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırıldı.
Teoman Aktan hesab edir ki, bu növ ictimai hərəkatlar hakimiyyətin müəyyən etdiyi siyasi və ideoloji kimliklər və anlayışları yenidən müzakirəyə qoymağa imkan yaradır.
SEE ALSO: Sina Mirzayi: İran Azərbaycanında 2006 May Qiyamı üçüncü bir yol başlatdıOnun söylədiklərinə görə, "İranda istər dil, istər din, kültür, sinif və cinsiyyət baxımından bəlli bir profilə uyğun olanlar siyasi sahəyə daxil olub və siyasi fəaliyyət göstərmə haqqına sahib olurlar. Ancaq, bu rəsmi söyləmin xaricində olanlar və rəsmi söyləmi mənimsəməkdə dirəniş göstərən kəsimlərin hər zaman siyasi və mədəni fəaliyyətlərə daxil olmaları böyük əngəllərlə qarşılaşıb."
Aktan ölkənin rəsmi ideologiyasını mənimsəməyən kəsimlər üçün bir həbsxanaya çevrildiyini vurğulayır.
"İranın rəsmi dövlət ideologiyası azlıqları və azlıq olmayan ama azlıqlaşdırılan qrupları bir həbsxananın içinə alır. Ölkə rəsmi ideologiyanı mənimsəməyən qrupların hamısı üçün bir həbsxanaya dönüşdürülür. İctimai hərəkatlar bu sahənin yenidən siyasiləşdirilməsinə, habelə siyasətin, demokratiyanın, dövlətin, ideologiyanın, rəsmi olan və rəsmi olmayan hər şeyin yenidən tanımlanmasına imkan hazırlayır. Bu hərəkatlar o üzdən bizim üçün çox əhəmiyyətlidirlər," deyə, o, ifadə edir.
SEE ALSO: Türkan Bozqurt: İran etirazlarındakı dinamika, müxtəliflik və balans xaricdəki müxalifətdə əks olunmadı2006-ci ildən sonra Azərbaycan Milli Hərəkatına mənsub siyasi təşkilatlar və türk fəallar may qiyamının ildönümü münasibətilə tədbirlər keçirirlər. Ancaq, keçən sentyabr ayında İranda başlayan və aylarla davam edən kütləvi etirazların ardınca milli hərəkata mənsub qüvvələr May Qiyamı və onun mesajlarına daha artıq diqqət yetirməyə başlayıblar.
Teoman Aktanın sözlərinə görə, "buna diqq etmək lazimdir ki, bütün hərəkatların özünə bir tarixi vardır. Bu ictimai hərəkatlar bir anda ortaya çıxmır. Bunun bir keçmişi və bir arxa planı var. Bu ictimai hərəkatlar haqqında bir görüş ortaya qoyulduğunda hər kəsim öz rəvayətini hakim qılmağa çalışır və bu hakim qılmağa çalışdığı rəvayət də başqa tərəfi ya gücsüzləşdirir və ya mərkəzdə olmayan bir mövqedə yerləşdirməyə çalışır. Ona görə türk fəallar da bu nəticəyə çatdılar ki, ictimai hərəkatlarla bağlı öz rəvayətlərini də ortaya qoymalıdırlar."