Accessibility links

Rza Talibi: İrandakı etirazçıların mühacirətdəki iranlılardan gözləntiləri var idi, amma xəyal qırıqlığına uğradılar


Rza Talibi
Rza Talibi

Keçən sentyabr ayında İranda baş qaldıran etirazların ardınca mühacirətdəki müxtəlif qüvvələr arasında ittifaqlar təşkil olunmağa başladı. Ancaq farsilli medianın ən çox gündəmə gətirdiyi "Azadlıq Uğrunda Həmrəylik və Alyans Xartiyası" və ya "Məhsa Xartiyası" adı altında təşkil olunan ittifaqda bu yaxınlarda ayrılmalar baş verib.

Amerikanın Səsinə danişan jurnalist Rza Talibinin dediklərinə görə, İran daxilindəki etirazçılar mühacirətdə yaşayan müxalifət qüvvələrindən İslam Respublikasına qarşı mübarizə uğrunda ciddi fəaliyyət gözləyirdilər, amma xəyal qırıqlığına uğradılar.

please wait

No media source currently available

0:00 0:16:55 0:00
Direct link

"İranda etirazlar ortaq bir məsələ üzrəində baş versə də, fərqli bölgələrin fərqli istəkləri və tələblərinə görə [şəkillənir]. Ortaq tələblərə Azərbaycanda fərqli istəklər əlavə oluna bilir və ya Bəluçistan və digər bölgələrdə. Ancaq biz xaricdəki qruplarda bunun əks olunduğunu görə bilmirik," Rza Talibi söyləyib.

Jurnalistin sözlərinə görə, ölkə daxilində məhdud şəkildə olsa da bəzi qruplar İranın müxtəlif icmalarının məxsus şəraitləri və hüquqlarına diqqət yetirirlər, ancaq, bu ölkə xaricində görünmür.

"Fərqli qrupların tələbləri daxildə dilə gətirilir və fərqli şəkillərdə gündəmə gəlir... Məsələn, müəllimlər gəlib daxildə bir bəyanat yayırlar və onun içində ana dili məsələsi də yer alır. Amma, biz bunu xaricdə verilən bəyanatlarda görmürük," o deyib.

Rza Talibi deyib ki, xaricdə təşkil olunan ittifaqlar gözlənilənin əksinə İslam Respublikasına qarşı bir cəbhə yaratmaq yönündə fəaliyyət etmədilər.

"İranda gedən proseslərin davamında xaricdə də bir sıra fəaliyyətlər oldu. Birlik nümayişi olaraq bir sıra oturumlar oldu, xartiyalar yazıldı. Ancaq bunlar sözdə oldu. Baxmayaraq ki, o səslərin içərisində türkləri təmsil edən bir səs yox idi, biz müsbət baxdıq və məsələn dedik ki, bəlkə ən azından hazırki dönəmdə bir qərara gəliblər ki, bütün səsləri birləşdirib və birgə şəkildə İslam Respublikası hakimiyyətinə qarşı mübarizə edələr," o qeyd edib.

O, Məhsa Xartiyası adı altında təşkil olunan ittifaqa diqqət çəkərək, müxalif qruplarda birliyin olmaması və fundamental insan haqları və azadlıqlar kimi məsələlərə yetərincə diqqət verilməməsini əlavə edib.

"Bunlar bəzi bəyanatlar və maddələr ortaya qoydular ki, bunların altı doldurulmamışdı. Yəni, İrandakı insanların yurtdaşlıq hüquqları olsun, dil haqqı və ya iqtisadi haqlar kimi hüquqların heç birinin altını doldurmadan sadəcə və sadəcə hakimiyyətin bu gün-sabah gedəcəyi ümidi ilə özlərini çox əcələ şəkildə ortaya qoymağa çalışdılar. Halbuki, daxildə millətin gözləntisi bu idi ki, mühacirətdə yaşayan müxaliflər daha rahat şərtlərdə olduqları və irtibatları daa rahat olduğu üçün birgə şəkildə hakimiyyətə qarşı mübarizə aparsınlar. Ancaq xaricdəki vəziyət yəni, müxalif qüvvələrin bilimdən məhrum, analizdən məhrum, bir-birini dərk etməyən və təməl insan haqları və azadlıqlara dəyər verməyən hərəkətləri ümidsizlik və xəyal qırıqlığına səbəb oldu," Rza Talibi bildirib.

XS
SM
MD
LG