İran Azərbaycanının Əhər şəhərində yaşayan milli fəal Saleh Molla Abbasi Əhər məhkəməsinə çağırılıb.
Bu barədə məlumatı insan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi yayıb.
Saleh Molla Abbasiyə məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişə görə, milli fəal bildirişi aldığı tarixdən etibarən 5 gün ərzində məhkəməyə müraciət etməlidir.
Molla Abbasiyə göndərilən bildirişdə ona qarşı irəli sürülən "yalan məlumat yaymaq" ittihamından müdafiə etməsi üçün Əhərin Ümumi və İnqilab Prokurorluğunun 3-cü şöbəsinə müraciət etməsi istənilib.
İndiyədək dəfələrlə İran hökümətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib muhakimə olunan Saleh Molla Abbasinin özü və həmçinin ailəsi müxtəlif təzyiqlərə məruz qalıb.
SEE ALSO: Hümeyra Türabi: Həyat yoldaşımı şiddətlə döyərək həbs ediblərMilli fəal son dəfə oktyabrın 9-da Əhar şəhərində bacısının evində təhlükəsizlik qüvvələri tərəfindən ağır şəkildə döyülərək həbs edilmişdi. Bundan öncə isə İran kəşfiyyat agentləri fəalı həbs etmək məqsədilə onun evinə basqın etdikləri zaman fəalın həyat yoldaşını uşaqları önündə döyüb və onları təhqir ediblər.
Oktyabr ayında həbs edilən Molla Abbasi bir ay müddətində İranın Təbriz şəhərindəki kəşfiyyat idarəsinin təcridxanasında sorğu-sual edilmişdi. O, nəzarət altında saxlandığı müddətdə pozulan hüquqlarına görə aclıq aksiyası keçirmişdi.