Accessibility links

Güneyli milli fəal Saleh Moll Abbasi mülki zəmanət qarşılığında sərbəst buraxılıb


Güneyli milli fəal Saleh Molla Abbasi
Güneyli milli fəal Saleh Molla Abbasi

İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən Əhər şəhərində həbs edilən azərbaycanlı milli fəal təqribən bir ay həbsdən sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Molla Abbasi məhkəmə prosesinin sonuna qədər bir milyard 200 milyon tümənlik girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

O, müvəqqəti azadlığa çıxmadan iki gün əvvəl kəşfiyyat idarəsinin təcridxanasından Təbriz həbsxanasına köçürülmüşdü.

Ona qarşı irəli sürülən ittihamlar və məhkəmə iclasının vaxtı barədə hələ ki, məlumat yoxdur.

Təqribən bir ay müddətində təhlükəsizlik qüvvələrinin təcridxanasında nəzarət altında saxlanılaraq sorğu-suala çəkilən milli fəala sadəcə bir dəfə ailəsi ilə telefon əlaqəsi saxlamağa icazə verilib.

Molla Abbasi həmin qısa telefon əlaqəsində ailəsinə aclıq aksiyasına başlayacağını bildirmişdi.

Hazırda milli fəalın fiziki sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Oktyabrın 9-da Şərqi Azərbaycan vilayətində yerləşən Əhər şəhərində təhlükəsizlik qüvvələri Saleh Molla Abbasinin bacısının evinə silahla saxil olub, onu ağır şəkildə döyərək həbs etmişdi.

Bundan əvvəl iki dəfə isə Molla Abbasini həbs etməyə cəhd edən kəşfiyyat agentlərinin əməliyyatları uğursuz nəticlənmişdi. Lakin ailə üzvlərinin dediyinə görə, təhlükəsizlik qüvvələri evdə reyd keçirib, onlara qarşı zorakılıq tətbiq edərək onların şəxsi əşyalarını, o cümlədən mobil telefonlarını müsadirə etmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG