Accessibility links

Hümeyra Türabi: Həyat yoldaşımı şiddətlə döyərək həbs ediblər


Saleh Molla Abbasi və həyat yoldaşı Hümeyra Türabi
Saleh Molla Abbasi və həyat yoldaşı Hümeyra Türabi

Oktyabrın 9-da gecə radələrində Şərqi Azərbaycan vilayətində yerləşən Əhər şəhərində yaşayan azərbaycanlı milli fəal Saleh Molla Abbasi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

O, təhlükəsizlik qüvvələrinin milli fəalı həbs etmək üçün iki uğursuz cəhdindən sonra saxlanılıb. Molla Abbasi qohumlarının birinin evində həbs edilib və həmin zaman təhlükəsizlik qüvvələri onu şiddətli şəkildə döyüblər.

Bu barədə Amerikanın Səsinə milli fəalın həyat yoldaşı Hümeyra Türabi məlumat verib.

please wait

No media source currently available

0:00 0:04:39 0:00

Türabi deyir ki, təhlükəsizlik qüvvələri Molla Abbasinin qohumunun evinin qapısını sındıraraq, silahla evə daxil olub və onu şiddətlə döyüblər.

o qədər döyüblər ki, üzü və başı tamamilə qan olub, ona görə də üzünü yuyub, gözünü alt köynəyi ilə bağlayaraq evdən çıxarıblar

Türabi həmçinin deyib ki, o, həyat yoldaşı həbs olunanda orada olmayıb, amma qohumunun dediyinə görə, milli fəalı o qədər döyüblər ki, onun üzü və başından qan axıv, ona görə də onun üzünü yuyub, gözünü alt köynəyi ilə bağlayaraq evdən çıxarıblar.

Hümeyra Türabinin dediyinə görə, Molla Abbasi saxlanılan zaman evdə olan bir uşağın ağır şiddətə şahid olduğundan dolayı əsəbləri pozulub.

İran hökumətinin təhlükəsizlik qüvvələri ilk dəfə sentyabrın 26-da Saıeh Molla Abbasinin evinə daxil olaraq reyd keçiriblər. Milli fəal evdə olmadığı üçün təhlükəsizlik qüvvələrinin onu həbs etmək cəhdləri uğursuz nəticələnib. İran rejiminin təhlükəsizlik qüvvələri onun həyat yoldaşı Hümeyra Türabini baş örtüsü örtərək Kəşfiyyat İdarəsinə götürməyə çalışsalar da, onun müqaviməti ilə üzləşiblər və evi tərk etməyə məcbur qalıblar.

Hümeyra Türabinin paylaşdığı məlumatlara görə, təhlükəsizlik qüvvələri oktyabrın 10-da milli fəal Saleh Molla Abbasinin evinə ikinci dəfə hücum edib, lakin yenə də, evdə olmadığı üçün onu həbs edə bilməyiblər.

Saleh Molla Abbasinin həyat yoldaşının sözlərinə görə, təhlükəsizlik agentləri milli fəalın həbsinin nə səbəbini açıqlayıblar, nə də hər hansı bir məhkəmə orderi göstəriblər.

Ancaq Hümeyra Türabi məhkəməyə getdikdən sonra, ona həyat yoldaşı barəsində iki müvəqqəti həbs qərarı çıxarıldığını bildiriblər. Məhkəmə məmurları İnqilab və Cinayət məhkəmələri tərəfindən iki ayrı qərar əsasında müvəqqəti həbs qərarı çıxarıb. İnqilab Məhkəməsinin müvəqqəti həbs müddəti məlum deyil. Milli fəala qarşı irəli sürülən ittihamlardan biri “sistemə qarşı təbliğat aparmaq”dır.

Saleh Molla Abbasi daha öncə dinc fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmələr tərəfindən həbs cəzasına məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG