İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Təbrizdə jurnalistlərə bildirib ki, İran tərəfindən Azərbaycanın Təbrizdəki konsulluğunu bağlamaq planı yoxdur.
İran xəbər agentliklərinin yaydığı məlumatına görə, İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bir mədəniyyət festivalında iştirak etmək üçün Təbrizə səfəri zamanı jurnalistlərə bildirib ki, İslam Respublikası Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunu bağlamaq fikrində deyil.
Kənani həmçinin bildirib ki, İran İslam Respublikasının qonşu ölkələrə münasibətdə rəsmi siyasəti “əlaqələri saxlamaq və inkişaf etdirməkdir”. İran rəsmiləri Azərbaycan səfirliyinə hücumu şəxsi motivlə həyata keçirildiyini və hücumçunun pxisi problemləri olduğunu iddia etsə də, Azərbaycan tərəfi bu hücumu mütəşəkkil şəkildə və digər iştirakçılarının da olduğunu irəli sürüb.
SEE ALSO: Xarici İşlər Nazirliyinin sözçüsü: "Azərbaycan səfirliyinə hücum mütəşəkkil şəkildə həyata keçirilən terrordur"Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumdan sonra Azərbaycan Prezidenti İlham Əliyev bunu "terror aktı" adlandırıb və Azərbaycan Xarici İşlər Nazirliyi isə hadisəni "mütəşəkkil şəkildə həyata keçirilmiş" bir terror hücumu olduğunu açıqlayıb.
Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyi bir silahlı şəxs tərəfindən hücuma məruz qalıb və nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri güllələnərək həyatını itirib. Azərbaycan Respublikasının hakimiyyət orqanları binanın müşahidə kameralarının lentə çəkdiyi videolarına istinad edərək bildiriblər ki, polis hücum edən şəxsin qarşısını almaq üçün heç bir səy göstərməyib.
Bu hadisədən sonra Azərbaycan Respublikası Tehrandakı səfirliyini bağlayaraq, diplomatlarını bu ölkədən çıxarıb. Bununla belə, Azərbaycanın Təbrizdəki konsulluğu fəaliyyətini davam etdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Təbrizdəki konsulluğu ilə bağlı bildirib ki, "Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.”
Azərbaycanın Tehrandakı səfirliyə hücumu İran və Azərbaycan arasında münasibətlərin soyuqlaşdığı bir vaxtda baş verib və bu hadisədən sonra iki ölkə arasında gərgin münasibətlər daha da kəskinləşib.