Bir qrup milli fəal Xoy şəhərinin zəlzələdən zərər çəkmiş ərazilərində ərzaq paylanması ilə yanaşı, “azadlıq, ədalət milli hökumət” şüarının əks olunduğu vərəqələr paylayıb.
Sosial mediada yayımlanan video-görüntülər və fotolarda bir sıra milli fəalın zəlzələdən zərər çəkmiş bölgələrdə ərzaqla bərabər insanlar arasında vərəqələr payladığı görünür.
Milli fəallar Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələdən zərər çəkmiş bölgələrdə ərzaq paylamaqla Azərbaycan Milli Hərəkatının xalqa dəstəyini nümayiş etdirməyə çalışıb. Zəlzələ qurbanlarının arasında dağıdılan vərəqələrdə Azərbaycan milli fəallarının xalqın “arxasında olduqları və yalnız buraxılmayacaqları” bildirilir. Habelə həmin vərəqələrdə milli fəallar “Tehran hakimiyyətinin xalqı aldatmaq fikrində olduğunu” qeyd edib.
Azərbaycan Milli Hərəkatı adından paylaşılan bu vərəqələr “sizin dərdiniz bizim dərdimiz və sizin rifahınız bizim arzumuzdur” cümləsi ilə tamamlanır.
Eyni zamanda, güneyli siyasi məhbuslar həbsxanadan Xoy zəlzələsində zərər çəkmiş əhaliyə yardım kampaniyası başladıblar. Tehranın Evin Həbsxanasında saxlanılan türk məhbuslar Əlirza Fərşi, Əkbər Nəimi və Tovhid Əmir Əmini ayrıca Təbrizdə saxlanılan siyasi məhbuslar Ruzbeh Piri və Əmir Səttari Xoy zəlzələsinin qurbanlarına yardım üçün pul ayırdıqlarını bildiriblər.
SEE ALSO: Güneyli siyasi məhbuslar Xoyda zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına başlayıblarKeçən ay yanvarın 28-də Xoy şəhərində gecə saatlarında baş verən 5.9 bal gücündə zəlzələ 3 nəfərin ölümü ilə nəticələnib, lakin hökumətin bölgədə böhranı idarə etməkdə vaxtında və yetərli müdaxilə etməməsi milli fəalların və yerli xalqın tənqidi ilə üzləşib.
SEE ALSO: Xoyda zəlzələdən zərər çəkən insanların qaldığı çadırlarda yanğın baş veribZəlzələ qurbanları arasında təcili çadırların paylanması, əvvəlcədən quraşdırılmış vaqon sığınacaqların verilməməsi və standart istilik cihazların olmaması zəlzələdən zərər çəkmiş əhalinin çadırlarda qazdan zəhərlənməsinə və yanğına səbəb olub.