AXCP fəalı həbs edilib

Elnur Həsənov (Mənbə Facebook)

Noyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin fəalı Elnur Həsənov 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bu barədə Amerikanın Səsinə AXCP-dən bildirblər.

AXCP bildirir ki, fəalın həbsinin səbəbi sosial şəbəkələrdə paylaşımlarıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Elnur Həsənovun həbsini təsdiq edib.

Lakin o bildirib ki, Elnur Həsənovun həbsində siyasi səbəb yoxdur.