Accessibility links

Bakı meriyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının etiraz aksiyasına icazə verməyib


 AXCP siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz edir. Aksiya sentyabırn 30-da Parlamentin binası qarşısında keçirilib.
AXCP siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz edir. Aksiya sentyabırn 30-da Parlamentin binası qarşısında keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 11-də BŞİH inzibati binasının qarşısında piket keçirməsinə razılıq verməyib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin AXCP-yə göndərdiyi məktubda qeyd edilib.

Müraciətdə bildirilib ki, piket keçirmək üçün qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaq.

Buna görə də piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.

Öz növbəsində AXCP üzvü Vahid Məhərrəmli Bakı meriyasının bu cavabını qanunsuz hesab edir.

“Azərbaycan Konstitusiyasına görə, sərbəst toplaşmaq azadlığı fundamental hüquqdur. O məhdudlaşdırıla bilməz. Əgər şəhər rəhbərliyi təklif olunan yerdə mitinqin keçirilməsini məqbul hesab etmirsə, alternativ variantlar təklif etməlidir. Lakin bu, olmayıb. Ona görə də konstitusiya hüququndan istifadə edərək noyabrın 11-nə planlaşdırılan aksiyanı keçirəcəyik”, - Məhərrəmli deyib.

Noyabrın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının arasında toplaşmaq azadlığının təmin edilməsi noyabrın 11-də saat 15:00-16:00 tələbilə piket keçirmək niyyəti ilə bağlı paytaxt meriyasına müraciət edib.

Aksiyanın toplaşmaq azadlığının təmin edilməsi, siyasi məhbusların azad edilməsi, azad seçkilərin və demokratik islahatların keçirilməsi, həmçinin Azərbaycanın quru sərhədlərinin açılması tələblərilə keçirilməsi planlaşdırılır.

AXCP oktyabrın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya edib. Lakin polis bu aksiyaların qarşısını alıb və onlarla aksiya iştirakçısını saxlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG