Araşdırmaçı alim Əzəm Əhmədi Amerikanın Səsi ilə söhbətdə həftələrdir İranda davam edən kütləvi nümayişlərin önündə gedən qadınlar, gənclər və yeniyetmələrin gündəlik həyatda üzləşdikləri problemlər və çətinlikləri şərh edib.
Your browser doesn’t support HTML5
Əhmədinin sözlərinə görə, qadınların illərdir İslam Respublikasının qadın əleyhinə olan qanunlar və siyasətlərindən dolayı məruz qaldıqları zülmlər və basqılardan əlavə, son illərdə iqtisadi vəziyyətin pisləşməsi, habelə əhalinin həyat tərzinin dəyişməsi ilə bərabər, qadınlar gündəlik həyatlarında yeni çətinliklər ilə qarşı-qarşıya qalıblar.
Qadınlar rəsmi bir şəkildə İranın ana yasasında ikinci cins olaraq görünür. Son 10 ildə də İranın əhali artımı siyasəti kimi milli və regional ideoloji politikalarının davamında qadınlara daha əvvəl verilən bəzi xidmətlər götürülüb.
“Qadınlar rəsmi bir şəkildə İranın ana yasasında ikinci cins olaraq görünür. Son 10 ildə də İranın əhali artımı siyasəti kimi milli və regional ideoloji politikalarının davamında qadınlara daha əvvəl verilən bəzi xidmətlər götürülüb. Bəzi xidmətlər sadəcə hamilə qadınlara məhdudlaşıb. Məsələn, pap smear testləri sığortadan çıxarılıb. O biri tərəfdən HPV xəstəliyinin yayıldığını eşidirik. Bunlar qadınların günlük həyatlarına təsir edir,” araşdırmaçı söyləyir.
SEE ALSO: Sevil Süleymani: Məcburi hicab 40 ildir bu hakimiyyətin tətbiq etdiyi bütün basqıların simvoludurƏzəm Əhmədi qadınların “həyatın bütün sahələrində təhqirlərə məruz qaldıqlarını və dövlətin buna zəmin yaratdığını” vurğulayır:
“Biz qadınların günlük həyatlarında davamlı olaraq təhqir olunduğunu görürük. Yəni, qadınlar bir tərəfdən dövlət tərəfindən önəmsiz hala gətiriliblər, onların sağlıq xidmətləri götürülüb. O biri tərəfdən də, yayılan xəbərlərdə qadınlara olan baxışı görürük. Görürük ki, dövlət də bunu necə dəstəkləyir. Qadınlara qarşı cinayət və zorakılıq hallarında amillər cəzalandırılmır. Onlar bu cəsarəti qanunlardan alırlar. Çünki, bilirlər qanun bunları cəzalandırmayacaq.”
İqtisadi gücünü itirən İran dövləti bunu ilk qadınlara verilən xidmətləri götürərək göstərir.
Əzəm Əhmədi qadınların geyinməsinə nəzarət edən qüvvələr tərəfindən tətbiq edilən zorakılıqlara diqqət çəkərək deyir: “İrşad dövriyyələri küçələrdə qadınların geyim tərzinə müdaxilə edərək onları təhqir edir. Qadınları tutub maşına mindirir və onların analarını o maşınların arxasınca sürütləyir və nəhayət qadınların aparıldığı o mərkəzlərin birindən bir cənazə çıxır... onların müəyyənləşdirdiyi standart geyimə riayət etməyən qadınların banklara və dövlət qurumlarına girişi yasaqlanır.”
İranda iqtisadiyyatın pisləşməsi də, Əzəm Əhmədinin sözlərinə görə, qadınların həyatına kişilərə nisbətən daha çox təsir edir:
“İranda iqtisadi durum yaxşı deyil. İqtisadiyyatın yaxşı olmaması ilk qadınlara təsir edər. Başqa bir deyişlə qadınlar yaxşı olmayan iqtisadiyyatdan ilk təsirlənən qruplardan olurlar. Bunların təhsili axsayır. Təhsil axsadıqca kiçik yaşda evlənmələr artır. Qadınlar ilk işdən atılanlar olur, işəgötürmə prosesində də ən az işə alınırlar. İqtisadi gücünü itirən İran dövləti bunu ilk qadınlara verilən xidmətləri götürərək göstərir.”
Bəzi məsələlər ki, 20 il əvvəl İranda böyük kəsim üçün önəmli problem sayılmırdı, bu gün böyük problemə çevrilib. Çünki daha çox insan ayrı-seçkiliyə yol verən o qanunlara və qaydalara məruz qalır.
Araşdırmaçı hesab edir ki, son illərdə İranda əhalinin həyat tərzi dəyişdikcə qadın əleyhinə olan qanunlardan təsirlənən qadınların sayı artıb.
SEE ALSO: Türkan Bozqurt: İran artıq etirazlardan öncəki İran olmayacaq“Həyat tərzinin dəyişməsi və bəzi dəyərlərin dəyişməsi boşanma sayının artmasına səbəb olur. Boşanma sayının artması bir baxımdan yaxşı ola bilər ki, qadınlar artıq qəbuledilməz pis şərtləri təhəmmül etmirlər. Bir tərəfdən də bunların məhkəmələr ayaqları açılınca İranda olan mədəni hüququn nə qədər geri qalmış və qadınlara qarşı olduğunu görürlər. Başqa bir məsələ bu ki, Rza Şah dönəmindən qalan 100 illik bir qanun var ki, evli qadınların ərlərindən icazəsiz ölkədən çıxması yasaqdır. Son illərdə İrandan iş üçün, təhsil üçün və ya evlənib ölkə xaricinə gedən qadınların sayı artıb. Yəni bu qanun üzündən daha çox sayda qadın problem yaşamağa başlayıb... Yəni, bəzi məsələlər ki, 20 il əvvəl İranda böyük kəsim üçün önəmli problem sayılmırdı, bu gün böyük problemə çevrilib. Çünki daha çox insan ayrı-seçkiliyə yol verən o qanunlara və qaydalara məruz qalır.”