Sosioloq Vahid Qarabağlı Amerikanın Səsinə müsahibədə İranda həftələrdir qadınların başçılığı ilə davam etməkdə olan geniş etirazların mümkün nəticələri, habelə İran toplumu üzərində göstərdiyi və ya göstərəcəyi siyasi-ictimai təsirləri haqqında danışlb.
Qarabağlı kütləvi etirazların mümkün siyasi nəticələrindən asılı olmayaraq siyasi və ictimai təsir baxımından olduqca effektiv və uğurlu olduğunu ifadə edir.
Ərdəbil İranda şiə ideologiyasının güclü olduğu şəhərlərdən biri olaraq tanınır. Belə bir şəhərdə məcburi hicabın rədd edilməsi İranın hicab siyasətinin uğursuz olduğunu göstərir.
"Bu etirazların ictimai təsirlərinə baxdığımızda böyük bir başarı olduğunu deyə bilərik. Yəni, toplumda məcburi hicabın sorğulanması, İranda ideoloji və siyasi olaraq hicabın zorla tətbiq edilməsi və qadınlara olan zülmün gündəmə gəlməsi və müzakirələrə səbəb olması və bunun ətrafında ictimai bir söyləm yaranması [bir uğurdur]. Bu söyləm qadınların mübarizəsini gücləndirir və onu legitimləşdirir. Bu da İran dövlətinin gender siyasətlərini tətbiq etməkdə işini çətinləşdirəcək" , Vahid Qarabağlı bildirib.
O hesab edir ki, bu etirazlar toplumun müqavimətini gücləndirib və hakimiyyətin repressiv siyasətlərini tətbiq etmə mexanizmini zəiflədəcək:
"Bu söyləm siyasiləşdikcə hakimiyyətin gender siyasətlərinə qarşı müqavimət də çoxalacaq. Bu da dövlətin zorla tətbiq etmə mexanizmini zəiflədəcək. Çünki o ideologiya artıq legitimliyini itirmiş olacaq. Artıq ona qarşı bir söyləm yaranıb".
Bu eyni zamanda İran dövləti üçün bir dilemmadır. Yəni, çıxılmaz bir yoldur. Hicab məsələsində azadlıq versə, İran dövlətinin o dini ideologiyası və söyləmi sorğulanacaq, verməsə də, etirazlar ilə üzləşəcək.
Vahid Qarabağlı bu etirazların sadəcə qadın hüquqları məsələsində deyil, digəq qruplar və təbəqələrin də hüquq və azadlıqları uğrunda mübarizələrinə təsir edəcəyini deyib:
"Bu söyləm sadəcə qadın məsələsində deyil, ədalət söyləmi, azadlıq söyləmi, insanların seçim haqqı və digər ictimai-siyasi mübarizələrin də söyləmlərini gücləndirər. Çünki bu konseptlər misal üçün etnik azlıqların ana dil məsələsi və onlara qarşı ayrı-seçkiliklər və basqılar məsələsində də vardır. Bunların mübarizəsinin güclənməsinə səbəb olacaq. Onun üçün mən bu etirazları çox başarılı görürəm. Bunu basqıya qarşı, azadlıq və ədalət yolunda mübarizədə qadınların başarısı görürəm. Düşünürəm ki, bu məsələ həllini tapana qədər bu mübarizə davam edəcək".
O, İran Parlamentinin keçmiş sədri Əli Laricaninin açıqlamalarına diqqət çəkərək deyir ki, "hətta hakimiyyət içindən bəziləri, o cümlədən keçmiş məclis başqani Əli Laricani [etirazlardan sonra] söyləyib ki, ‘peyk antennaları məsələsində tətbiq etdiyimiz siyasəti hicab məsələsində də tətbiq edə bilərik’. Yəni, qanunda peykdən istifadə etmək yasaqdır. Amma insanların çoxunun evlərində var və xarici kanalları izləyirlər. Yəni, Larica deyir ki, hicab məsələsində də bir az yumşaqlıq göstərə bilərik".
Bunu basqıya qarşı, azadlıq və ədalət yolunda mübarizədə qadınların başarısı görürəm. Düşünürəm ki, bu məsələ həllini tapana qədər bu mübarizə davam edəcək.
Vahid Qarabağlı İran İslam Respublikasının hicab məsələsi ilə bağlı bir dilemma qarşısında olduğunu önə çəkib.
"Bu, eyni zamanda İran dövləti üçün bir dilemmadır. Yəni, çıxılmaz bir yoldur. Hicab məsələsində azadlıq versə, İran dövlətinin o dini ideologiyası və söyləmi sorğulanacaq, verməsə də, etirazlar ilə üzləşəcək" - deyə o bildirib.
Qarabağlı müsahibədə, həmçinin bu yaxınlarda Ərdəbil şəhərində bir məktəbli qızın öldürülməsinə dair xəbərlər və baş qaldıran küçə aksiyaları haqqında danışıb:
"Ərdəbil İranda şiə ideologiyasının güclü olduğu şəhərlərdən biri olaraq tanınır. Aşura, Tasua və Məhərrəm mərasimləri bu şəhərdə böyük qeyd olunur. Belə bir şəhərdə hicaba qarşı şüarlar səsləndirilməsi və məcburi hicabın rədd edilməsi İranın hicab siyasətinin uğursuz olduğunu göstərir. İnsanlar Ərdəbildə də digər şəhərlərdə olduğu kimi hicabın seçim olmasını istəyirlər. Məcburi hicabı öz şəxsiyyətlərinə və kimliklərinə qarşı bir basqı mexanizmi olaraq görürlər".