Mina partlayışı nəticəsində istehkamçı xəsarət alıb, minaaxtaran it ölüb

İstehkamçı minaaxtaran itin köməkliyi ilə mina axtarrı (Foto ANAMA-dır)

Avqustun 30-da Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Nəcməddin Hüseynov Qubadlı rayonunun (Bakıdan 432 cənub-qərb) azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Qubadlı rayon prokurorluğunun məlumatına görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

ANAMA-nın məlumatıan ggörə, mina partlayışı nəticəsində əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası - minaaxtaran it ölüb.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra azad edilən ərazilərdə 250-ə yaxın şəxs minaya düşüb. Onların 40-a yaxınının həlak olduğu bildirilir.

Bundan əlavə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2020-ci ilin noyabrından 2022-ci ilin iyununadək ümumilikdə 33319 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Rəsmi məlumatlara görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2058 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi mütəxəssisləri minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, Azərbaycan ərazilərində yüz minlərlə mina və partlamamış hərbi sursat var