Siyasi fəal Məcid Araz Amerikanın Səsi ilə söhbətdə Urmiyə Gölü ətrafında yaşanan ekoliji faciə və bu vəziyyətə etiraz olaraq İran Azərbaycanında təşkil olunan kampaniyalar və aksiyalar haqqında danışıb.
Your browser doesn’t support HTML5
Məcid Araz deyir ki, “İran İslam Respublikasında Urmiyə gölünün qurtarılmasına deyil, qurudulmasına dair bir siyasi iradə var.”
Niyə misal üçün İran mərkəzinə aparılacaq su kanallarının, ki Urmiyə gölü layihələrindən daha böyük və daha büdcəli layihələrdir, ən azından üç-dörd dənəsi bitib və su pompalanmağa başlayıb?
O, keçən təqribən 15 ildə diqqətləri Urmiyə gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltmək məqsədilə ilə təşkil olunan kampaniyalar və etiraz aksiyalarının təsirinin daha çox simvolik olduğunu deyir.
“İlk dəfə 2011 ilində Güney Azərbaycanda Urmiyə gölü ilə bağlı böyük küçə etirazları oldu. Urmiyədə 3 həft arxa-arxaya etirazlar oldu. Təbrizdə və bəzi başqa şəhərlərdə də var idi, amma daha çox Urmiyədə oldu. Əlbbəttə 2011 etirazlarının öncəsi də var idi. Ondan 2-3 il öncəsindən baharın 13-cü günündə və bəzi özəl günlərdə fəallar gölün ətrafında toplaşırdılar. İnsan zənciri yaradılırdı. Simvolik olaraq aparıb gölə şüşə ilə su tökürdülər. Bu tip mədəni etirazlar və tədbirlər var idi,” siyasi fəal söyləyir.
Həmin etirazlardan sonra Urmiyə gölünün canlandırılması tələbi də türk dilində təhsil tələbi ilə birlikdə İran Azərbaycanında müxtəlif kəsimlər tərəfindən səsləndirilməyə başladı.
SEE ALSO: Musa Aşüftə: Urmiyə gölü məsələsinin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidirArazın dediklərinə görə, “o etirazların təsiri oldu, amma bu təsir simvolik oldu. Nəticədə bir şey dəyişmədi. Etirazlardan sonra Urmiyə Gölünü Canlandırma Mərkəzi quruldu. Dedilər ki, bir sıra layihələr olacaq. Belə görünürdü ki, həqiqətən bəzi layihələrə start verildi. Amma ondan bir neçə il sonra yağıntıların biraz artması ilə gölün səviyyəsi biraz yüksəldi ki, o zaman [prezident] Ruhani gəldi dedi biz gölü qurtardıq. Halbuki, mütəxəssislərin dediyinə görə ki, o zaman da dedilər indi də deyirlər, əməldə göl üçün bir iş görülməmişdi. Sadəcə yağıntıların çoxalması ilə nisbətən yaxşılaşma var idi. Amma, son bir iki ildə Urmiyə gölü yenə şiddətli bir vəziyyətdə qurumaqdadır. Gölün cənub tərəfi quruyub.”
İlk dəfə 2011-də Urmiyə gölü ilə bağlı böyük küçə etirazları oldu. Ondan 2-3 il öncə də bəzi özəl günlərdə fəallar gölün ətrafında toplaşırdılar. İnsan zənciri yaradılırdı. Simvolik olaraq aparıb gölə şüşə ilə su tökürdülər. Bu tip mədəni etirazlar və tədbirlər var idi
Siyasi fəal İran dövlətinin Urmiyə gölü adına yürütdüyü fəaliyyətlərin Urmiyə gölünə heç bir yarar gətirmədiyini vurğulayır:
SEE ALSO: Millət vəkili: Ruhani hökümətinin Urmiyə gölünü canlandırmaq vədi yalan idi“Keçən 2011-dəki küçə etirazlarından bu günə qədər ki, 2022-də yenidən küçə etirazları oldu oldu, aradan 11 il keçir. Ondan öncəki kampaniyaları da qatsaq buna, 15 ildir ki, Azəerbaycan bu məsələyə ciddi etiraz edir. Ancaq, nəticə etibarı ilə bu gün 15 il keçdikdən sonra İran dövlətinin təşəbbüsləri və layihələrinin nəticəsində gölə tək bir damla belə su girməyib.”
Məcid Araz hesab edir ki, İranda Urmiyə gölünü qorumağa dair bir siyasi iradə yoxdur.
“Mən ki, özüm də 2011-də tutulub və Urmiyə gölü ilə bağlı bədəl ödəmiş insanlardan biriyəm, qənaətim budur ki, İranda Urmiyə gölünün qurtarılmasına deyil, qurudulmasına dair bir siyasi iradə var. Həsən Ruhani gəldi üç dənə bəlli və spesifik söz verdi; Urmiyə gölünün qurtarılması, türk dilinin tədrisi və İranda türk dil qurumunun qurulması. Sonra da gəldilər bir sürü layihələr falan açıqladılar. Urmiyə millət vəkili deyir ki, 6 min milyard tümən büdcə ayrılıb amma büdcənin haraya gediyi bəlli deyil. Büdcə çarçur edilib, yox edilib.”
SEE ALSO: “Ruhani! Urmu Gölü dolmadı, türk dilində mədrəsəmiz olmadı.”Araz İranın mərkəz bölgələrində həyata keçirilən oxşar layihələrə diqqət çəkərək əlavə edir, “niyə misal üçün İran mərkəzinə aparılacaq su kanallarının, ki Urmiyə gölü layihələrindən daha böyük və daha büdcəli layihələrdir, ən azından üç-dörd dənəsi bitib və su pompalanmağa başlayıb? Niyə onlarda, gecikmə olsa da, az oldu və sonunda nəticələndilər? Amma, Urmiyə gölündə o qədər layihədən, uzmanların dediynə görə, heç birisi nətəcəlnmədi. Zab kanalı layihəsi və əkinçiliyin mexanikləşdirilməsi və modernləşdirilməsi və çayların təmizlənməsi kimi layihələr niyə nəticələnmədi?”