Accessibility links

Urmiyə sakinləri Urmiyə gölündə ekoloji durumla bağlı etiraz aksiyası keçirib


Urmiyə gölü
Urmiyə gölü

Ətraf mühit fəalları və mütəxəssislərin sentyabrın sonuna kimi gölün cənub hissəsinin tamamilə quruyacağı və gölün kritik vəziyyəti ilə bağlı xəbərdarlığından sonra Urmiyə əhalisi hökumətin Urmiyə gölünün canlandırması ilə bağlı tədbirsizliyinə qarşı etiraz mitinqi keçirib.

Sosial şəbəkələrdə yayımlanan videolara əsasən, iyulun 16-da Urmiyə gölünün kritik vəziyyəti və hökumətin bu ekoloji fəlakətin qarşısının alınmasına lazımi diqqət yetirməməsi nəticəsində Urmiyə sakinlərinin dinc etiraz mitinqi baş tutub. Təbriz, Ərdəbil və Tehran şəhərlərində şəhər mərkəzlərində həddindən artıq təhlükəsizlik qüvvələrinin yerləşdiyi və insanlara müdaxilə edərək toplaşmasına imkan verilmədiyi bildirilir.

Etiraz aksiyasında iştirak edənlər “Urmu gölü can verir, məclis onu qətlinə fərman verir”, “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa uduzdu” kimi şüarlar səsləndirib.

Bundan əvvəl milli fəallar Twitter sosial şəbəkəsində Urmiyə gölünün xilas edilməsinin vacibliyini gündəmə gətirmək, həmçinin ictimai rəyi və hakimiyyət başçılarının diqqətini bu mövzuya cəlb etmək üçün kampaniya başlatmışdı.

Urmiyədə etiraz aksiyası keçirilməzdən bir neçə gün əvvəl İran hökumətinin təhlükəsizlik qüvvələri azərbaycanlı milli fəallarla əlaqə saxlayıb və onları hədələyib və hər hansı etiraz aksiyasında iştirak etməmələrini istəyib.

XS
SM
MD
LG