Accessibility links

“Ruhani! Urmu Gölü dolmadı, türk dilində mədrəsəmiz olmadı.”


Iran prezidenti Həsən Ruhani Urmiyədə etiraz şüarları ilə qarşılanıb

Seçki kampaniyası üçün Qərbi Azərbaycan vilayətinə səfər edən prezident Həsən Ruhani Urmiyə şəhərində etiraz şüarları ilə qarşılanıb.

Yerli internet portalları və sosial şəbəkələrdə yayımlanan şəkillər və videolarda Ruhaninin Urmiyə əhalisi ilə görüşdüyü Qədir stadionunda türk dili və Urmiyə Gölü ilə əlaqədar şüarların səsləndirildiyi və plakatların nümayiş etdirildiyi görünür.

“Ruhani Ruhani, vədlərin bəs hanı?”, “Türk dilində mədrəsə”, “Urmu Gölü dolmadı, türk dilində mədrəsəmiz olmadı” kimi şüarları nümayiş etdirən etirazçılar prezidentin dörd il öncə türk dilinin tədrisi və Urmiyə Gölünün canlandırılmasına dair vədlərinə əməl etmədiyinə diqqət çəkiblər.

Sosial mediada paylaşılan videolarda plakatlar üzərində yazılan şüarların böyük bir qrup tərəfindən uca səslə səsləndirildiyi də görünür. Videolarda “Azərbaycan oyaqdır, yalançıdan uzaqdır” və “Urmu Gölü dolmadı, türk dilində mədrəsəmiz olmadı” şüarları eşidilir.

Yerli qəzetlər və sosial mediada Urmiyəlilərin mühafizəkarların dəstəklədiyi namizəd İbrahim Rəisiyə də etirazları əks olunur.

May ayının 19-da keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən 6 siyasətçi qeydiyyata alınıb. Prezident Həsən Ruhani bu seçkilərdə İbrahim Rəisi, Məhəmməd Bağır Qalibaf, İshaq Cahangiri, Mustafa Mirsəlim və Mustafa Haşimi-Taba ilə yarışacaq.

Mötədil-islahatçı qrupların dəstəklədiyi Həsən Ruhani Urmiyə əhalisinin təpkilərinə məruz qalan tək namizəd deyil. Yerli qəzetlər və sosial mediada Urmiyəlilərin mühafizəkarların dəstəklədiyi namizəd İbrahim Rəisiyə də etirazları əks olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG