Yəmənin hökumət qüvvləri tərəfindən Taiz şəhərində 11 mülki vətəndaş öldürülüb. Səhiyyə rəsmiləri və şahidlərin dediyinə görə, qüvvələr prezident Salehin ölkədən çıxaırlmasını tələb edən nümayişçiləri atəşə tutub.
Reuters xəbər agentliyinin məlumatında paytaxt Sənada da qarşıdurmalar olduğu bildirilib.
Hadisələr BMT nümayəndəsi Cəmal Bin Ömərin prezident Salehin istefa təklifini qəbul etməyə razı salmağa çalışdığı vaxta təsadüf edir.