Accessibility links

Yəməndə iğtişaşlar zamanı 12 nəfər həlak olub (YENİLƏNİB)


Yəməndə iğtişaşlar zamanı 12 nəfər həlak olub (YENİLƏNİB)
Yəməndə iğtişaşlar zamanı 12 nəfər həlak olub (YENİLƏNİB)

Yəmən paytaxt Sənada prezident Əli Abdulla Salehin əleyhinə nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində 12 nəfərin həlak olduğu bildirilir. Şahidlərin və fəalların bildirdiyinə görə, 8 nəfər təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində həlak olub. 12 nəfər həlak olub, onlarla insan yaralanıb. Daha dörd nəfər isə onların sözlərinə əsasən, təhlükəsizlik qüvvələrinin paytaxtın müxtəlif yerlərində müxalif qəbilə başçılarına qarşı əməliyyatları zamanı həlak olub.

Prezident Əli Abdulla Salehin hakimiyyətdən getməsi çağırışlarının son günlər gücləndiyi müşahidə edilir. Eyni zamanda, Yəmən müxalifəti və bəzi dünya dövlətləri onun hakimiyyəti müavininə təhvil verməsinə dair Körfəz Əməkdaşlıq Şurasının təşəbbüsünə imza atması üçün təzyiqləri artırıb.

Hökumət əleyhinə nümayişlər ölkənin bəzi bölgələrində üsyançılara qarşı mübarizənin davam etdiyi vaxt keçirilir. Yəmən rəsmiləri və qəbilə başçıları ölkənin cənubunda ABŞ-ın keçirdiyi güman edilən raket hücumu nəticəsində bir neçə Əl-Qaidə döyüşçüsünün qətlə yetirildiyini bildirir. Onların arasında qətlə yetirilmiş Ənvər Əl-Əvlakinin oğlu Əbdül Rəhman Əl-Əvlakinin də olduğu bildirilir.

XS
SM
MD
LG