Yəməndə fəallar və tibb işçilərinin bildirdiyinə görə, ötən günlər baş vermiş nümayişlərdə 22 qadın yaralanıb. Qadınlar prezident Əli Abdulla Salehin istefasını tələb etmək və keçən həftə müxalifət fəalı olan Təvəkkül Karmana Nobel Sülh mükafatının verilməsini təntənə etmək üçün ölkənin cənubunda yerləşən Taiz şəhərində nümayişə çıxıblar.
Təvəkkül Kamran Yəməndə qadın hüquqlarının müdafiəsi və sülhün bərqərar edilməsi istiqamətində işinə görə Nobel Sülh mükafatına layiq görülmüş ilk ərəb qadındır. O, mükafatı 33 ildir hakimiyyətdə olan Yəmən prezidenti Əli Abdulla Salehə qarşı aylardır sürən üsyanda qələbə kimi qiymətləndirib. Cənab Saleh keçən həftə şənbə günü qarşıdan gələn günlər ərzində hakimiyyətdən gedəcəyini bildirmişdi.