Accessibility links

Yəməndə növbəti prezident seçkilərinin tarixi bəlli oldu


Yəməndə növbəti prezident seçkilərinin tarixi bəlli oldu
Yəməndə növbəti prezident seçkilərinin tarixi bəlli oldu

Yəmən hökuməti prezident Əli Abdullah Salehin istefasından bir neçə gün sonra fevralın 21-də yeni prezident seçkilərinin keçiriləcəyini elan edib.

Vitse-prezident Abed Rəbbo Mənsuri Hadi səsvermə haqda fərmanı bu gün səhər imzalayıb.

Çərşənbə günü Körfəz dövlətlərinin vasitəçiliyi ilə cənab Saleh hakimiyyəti vitse-prezidentə ötürmək barədə müxalifətlə razılıq imzaladı. Nəzərdə tutulur ki, yaxın günlərdə milli barışıq hökuməti formalaşdırılacaq.

Hakimiyyətin təhvili cənab Salehin 33 illik hakimiyyətinə etiraz dalğasını səngitmək məqsədi güdürdü. Lakin prezidentin əleyhdarları Salehə immunitet verən razılığn əleyhinə çıxırlar.

Müxalifət koalisiyası vahid namizəd kimi Milli Barışıq Hökumətinə başçılığa Məhəmməd Basindavanın namizədliyini irəli sürüb.

XS
SM
MD
LG