Yəmən prezidenti Əli Abdulla Salehə sadiq qüvvələr paytaxt Sanaa və cənub Taiz şəhərlərində keçirilən nümayişlər zamanı aksiya iştirakçılarını atəşə tutub. Nəticədə 5 nəfər həlak olub.
Evlərin damlarında yerləşdirilən snayperlərin atəşi nəticəsinda 35 adam yaralanıb. Fəalların bildirdiyinə görə, Taiz şəhərində bir qadın öldürülüb.
Dünən Sanaadakı zorakılıqlar səbəbi ilə 18 adam həlak olmuşdu. Nümayişçilır prezident Salehin istefasını tələb edir.