Accessibility links

Yəmən prezidenti hakimiyyətin dinc yolla ötürülməsinə çağırdı


Yəmən prezidenti hakimiyyətin dinc yolla ötürülməsinə çağırdı
Yəmən prezidenti hakimiyyətin dinc yolla ötürülməsinə çağırdı

Yəmən prezidenti Əli Abdullah Saleh deyir ki, o, hakimiyyətin dinc yolla seçkilərdə ötürülməsinə sadiqdir. Bu arada Yəmən rəsmiləri anti-hökumət tayfa militantlarının prezidentə sadiq qüvvələrə hücum edərək komandiri öldürdüklərini və 30 əsgəri əsir götürdüklərini xəbər verirlər.

Cənab Saleh hakimiyyətin təhvili barədə Körfəz Əməkdaşlıq Şurası tərəfindən hazırlanmış təklifə riayət edəcəyini bildirmiş, lakin istefa verəcəyini deməmişdir. O, ölkənin dərin böhrah keçirdiyini söyləşmiş, habelə böhrandan çıxacağına əminliyini ifadə etmişdir.

İyun ayında həyatına qəsd cəhdindən sonra Səudiyyə Ərəbistanına gedən prezident Saleh son üç ayda ilk dəfə idi ki, Yəmən ərazisində xalqa müraciət edirdi.

Bu arada müdafiə nazirliyi Sənadan şimaldakı hərbi bazaya hücum nəticəsində elitar Respublikaçı Qvardiyanın komandiri Əli əl-Keleybinin öldürüldüyünü xəbər verib. Döyüşlərdə həmçinin dörd qəbilə üzvü həlak olub.

XS
SM
MD
LG