Accessibility links

Yəmənin müdafiə nazirinə hücum olub


Yəmənin müdafiə nazirinə hücum olub
Yəmənin müdafiə nazirinə hücum olub

Yəmənin təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, bu gün ölkənin liman Ədən şəhərində intiharçı müdafiə naziri Məhəmməd Nasir Əhmədi mühafizə edən konvoya hücum edib. Rəsmilər intiharçının bomba hücumu nəticəsində azı 10 nəfər mühafizə işçisinin yaralandığını, lakin müdafiə nazirinin xəsarət almadığını bildirmişlər. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Yəmənin hərbi qüvvələri isə artıq aylardır ki, ölkənin cənubundakı Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılarla mübarizəni davam edir.

XS
SM
MD
LG