Yəməndə prezident Əli Abdulla Salehə sadiq qüvvələrlə Səleh əleyhdarı nümayişçilərin tərəfində olan silahlı qəbilə üzvləri arasında silahlı qarşıdurma olub.
Şahidlərin sözlərinə görə, bu gün hökumət qüvvələri ilə qəbilə lideri Şeyx Sadiq Əl-Əhmarın tərəfdarları arasında güclü döyüşlərdən sonra ölkənin şimal şəhərində partlayış səsləri eşidilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Son iki həftədir devrilmək təhlükəsi ilə üzləşən Yəmən prezidentinə qarşı etiraz aksiyaları yenidən başlayıb. Rəqib qüvvələr arasında döyüşlərdə 100-dən çox insan həlak olub.
Yəmənin xarici işlər naziri iğtişaşları qınayaraq bildirib ki, müxalif hərəkat 2006-cı ildə prezidenti seçkilərinin nəticələrini qəbul etməlidir. Əbu Bəkr Əl-Qirbinin sözlərinə görə, çıxılmaz vəziyyəti həll etmək üçün cənab Salehə səlahiyyətlərinin bir hissəsinin müavinin ötürülməsi barədə təzyiq göstərilir.