Accessibility links

Yəmən hərbi qüvvələri onlarla Əl-Qaida militantı öldürüb


Yəmən hərbi qüvvələri onlarla Əl-Qaida militantı öldürüb
Yəmən hərbi qüvvələri onlarla Əl-Qaida militantı öldürüb

Yəmən rəsmiləri hərbiçilərin ölkənin cənubunda əl-Qaidə ilə əlaqdə olduğu ehtimal edilən onlarla yaraqlı öldürüb. Hərbiçilər və tib rəsmiləri bu gün səhər Yəmən qüvvələrinin Abyan vilayətinin Zincibar şəhərində azı 30 yaraqlını öldürdüklərini deyiblər. Toqquşma zamanı yeddi əsgərin öldüyü də deyilir. Ölkənin cənubunda altı ay davam edən üsyanlar zamanı yaraqlılar bir neçə ərazidə nəzarəti ələ alıblar. Cənab Saleh Səudiyə Ərəbistanında qalmağa davam edir. Burada o, iyun ayında prezident binasına edilmiş hücum zamanı aldığı xəsarətlərdən müalicə olunur.

XS
SM
MD
LG