Accessibility links

Xural qəzetinin baş redaktorunun həbs müddəti 3 ay uzadılıb


Xural qəzetinin baş redaktorunun həbs müddəti 3 ay uzadılıb
Xural qəzetinin baş redaktorunun həbs müddəti 3 ay uzadılıb

Jurnalist deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

Nəsimi Rayon Məhkəməsi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs müddətini aprelin 20-dək uzadıb.
Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktora qarşı Cinayət Məcəlləsinin hədə-qorxu tətbiq olunmaqla rüşvət alma maddəsi ilə cinayət işi başlanıb. Jurnalist deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.
Əvəz Zeynallı ittihamları siyasi sifariş adlandırıb. Baş redaktorun müdafiəsi ilə bağlı beynəlxalq hüquq müdafiə, jurnalist təşkilatları, həmçinin yerli hüquq müdafiəçiləri bəyanatlarla çıxış edib.
“Xural” qəzetinə qarşı otuzdan çox məhkəmə iddiası olub. Qəzet gündəlik nəşrə başlayandan sonra məhkəmə icraçıları tərəfindən əmlakı müsadirə edilib. Qəzet hakimiyyəti, o cümlədən hökumət rəhbərlərini, din xadimlərini kəskin tənqid mövqeyində dayanıb. Baş redaktorun həbsindən iki ay öncə qəzetin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev həbs edilib.

XS
SM
MD
LG