Oktyabrın 30-da Bakıda məhkəmə müxalif jurnalist Xalid Qarayevi uydurma xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 25 gün müddətinə həbs edib. Bununla da vətəndaş cəmiyyətinə misli görünməmiş təzyiq fonunda Azərbaycanın müstəqil KİV-lərinə də yeni zərbə endirilib. Eyni vaxtda bir neçə beynəlxalq təşkilat aparıcı müxalifət qəzeti olan “Azadlığ”ın reportyoru və “Azərbaycan saatı” internet-kanalın prodyüsseri Qarayevin azad edilməsi tələbi ilə çıxış edib.
Article 19, Avropa Jurnalistlər Federasiyası, Freedom House, Senzura İndeksi, KİV-ə Beynəlxalq Dəstək, KİV müxtəlifliyi, Sərhədsiz Reportyorlar və Dünya Qəzət və Xəbər Naşirləri Assosiasiyasının (Azərbaycanla Tərəfdaşlığın İnkişafı üzrə Beynəlxalq Qrupun üzvləri) birgə bəyanatında Qarayevi azad etmək və Azərbaycanda fərqli düşünənlərin təqibinə son qoymaq tələbi ifadə olunub.
Qarayev özü və vəkili hakimiyyəti jurnalisti peşə fəaliyyətinə görə cəzalandırmaq məqsədilə ittihamı saxtalaşdırmaqda ittiham edib.
“Azadlıq” və “Azərbaycan saatı” çoxdandır hakimiyyətin təzyiqinə məruz qalır, onun əməkdaşları isə dəfələrlə həbs cəzasına məhkum edilib.
Sonuncu dəfə “Azərbaycan saatı” proqramının aparıcılarından biri Seymur Həzi həbs edilib. O, xuliqanlıqda ittiham edilib və avqustun 29-da həbs edilib. Hazırda o, 7 il azadlıqdan məhrum edilə bilər. Onun proqram üzrə həmkarı Natiq Ədilov avqustda qardaşı Muradın həbsindən sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.