Accessibility links

Azadlıq qəzetinin əməkdaşı saxlanıb


Faiq Qarayev (Foto Faiq Qarayevin Facebook səhifəsindən götürülüb)
Faiq Qarayev (Foto Faiq Qarayevin Facebook səhifəsindən götürülüb)

Oktyabrın 29-da axşam saatlarında Azadlıq qəzetinin əməkdaşı, AXCP üzvü Xalid Qarayev saxlanılıb. Bu barədə Azadlıq qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Binəqədi rayon polis idarəsinin rəis müavini Oqtay Suleymanlı bildirib ki, Xalid Qarayev Binəqədi rayonu ərazisində küçədə söyüş söydüyü üçün inzibati qaydada saxlanılıb.

Sabah onunla bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

Azadlıq qəzeti Xalid Qarayevin saxlanmasının peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

XS
SM
MD
LG