Accessibility links

Azadlıq qəzetinin müxbirinə 25 sutka həbs verilib


Xalid Qarayev (Foto Xalid Qarayevin Facebook səhifəsindən götürülüb)
Xalid Qarayev (Foto Xalid Qarayevin Facebook səhifəsindən götürülüb)

Binəqədi rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı, AXCP üzvü Xalid Qarayev barəsində inzibati qaydada 25 sutka həbs qərarı çıxarıb. Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.

Jurnalist İnzibati Xətalar Məcəlləsinin 296 və 310-cu maddələri (xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq) ilə günahkar bilinib.

Vəkilin sözlərinə görə Qarayevin üzərinə iki şahid dayanıb. Onlar jurnalistin oktyabrın 29-da Bakının Binəqədi kəndində “Mərkəz” deyilən ərazidə öz-özünə söyüş söydüyünü və polisə tabe olmadığını deyib.

Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Xalid Qarayev isə məhkəməyə günahsız olduğunu, hər hansı söyüş söymədiyini və polisin tələbinə tabe olduğunu deyib “Həbsim jurnalist və siyasi fəaliyyətimlə bağlıdır, sifarişdir”, o qeyd edib.

XS
SM
MD
LG