Accessibility links

CPJ: Xalid Qarayevi azadlığa buraxmağa çağırırıq


Jurnalistləri Müdafiə Komitəsi
Jurnalistləri Müdafiə Komitəsi

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Azadlıq” qəzetinin müxbiri və “Azərbaycan saatı” on-line televiziya proqramının texniki direktoru Xalid Qarayevin həbs olunmasını pisləyən bəyanat yayıb.

Bəyanatda qeyd olunur, hakimiyyəti tənqid edən "Azərbaycan saatı" proqramı bir neçə aydır hədəfə alınıb. Bundan əvvəl aparıcı Seymur Həziyev həbs olunub. İkinci aparıcı Natiq Ədilov isə qardaşının həbsindən sonra ölkəni tərk etməli olub.

“Azərbaycan hökuməti dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələrin “klubu”nda üzvlüyünü möhkəmləndirir. Biz hakimiyyəti Xalid Qarayevi azadlığa buraxmağa, jurnalistləri və hökumət tənqidçilərini susdurmaq cəhdini dayandırmağa çağırırıq”, - qurumun Avropa və Orta Asiya üzrə tədqiqatçısı Müzəffər Süleymanov bildirib.

CPJ xatırladır ki, oktyabrda beynəlxalq mətbuat azadlığı qrupları koalisiyası Avropa Şurası üzvlərinə məktub göndərərək Avropa ölkələrini Azərbaycandan jurnalistlər və hüquq müdafiəçilərinə qarşı repressiyanın hesabını sormağa çağırır.

Öz növbəsində Azərbaycan hökumət rəsmiləri ölkədə söz və mətbuat azadlığının təmin edildiyini bildirir. Rəsmi Bakı Azərbycanda hüququn aliliyindən danışır və insanların siyasi məqsədlərlə həbs edilmədiyini bəyan edir.

Bununla yanaşı yerli hüquq və beynəlxalq hüquq müdafiə təşkilatları ölkədə onlarla siyasi məhbusun olduğunu iddia edir. Amnesty İnternational ölkədə həbsdə olan iyirmiyədək şəxsi “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG