Accessibility links

Urmiya gölü – xilas yolu (AMEA-nin Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovla video-müsahibə)


Ramiz Məmmədov: Urmiya gölünün quruması insan faktoru ilə bağlıdır
please wait

No media source currently available

0:00 0:06:23 0:00

Ramiz Məmmədov: Urmiya gölünün quruması insan faktoru ilə bağlıdır

Urmiya konfransında mütəxəssislər gölün qurumasının əsas səbəbi kimi insan faktorunu göstərib

Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə Urmiya gölünün mövcud durumu ilə bağlı konfrans keçirilib. Konfransda ekspertlər, siyasi partiya rəhbərləri, ziyalılar, ictimai təşkilatların təmsilçiləri iştirak edib. Foruma həmçinin Skype vasitəsi ilə dünyanın bir çox ölkələrindən Urmiya gölü üzrə mütəxəssislər qoşulub.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov gölün suyunun azalması sürətlə davam etdiyini bildirib. “Gölün quruması təbii amillərlə və insan faktoru ilə bağlıdır. Belə ki, ərazidə son dövrlər yağıntılar azalıb, buxarlanma çoxalıb. Bununla yanaşı son 30 ildə göl ətrafında yaşayan insanların sayı iki dəfə artıb. Əvvəllər insanlar yalnız kənd təsərrüfatı məhsullarını özləri üçün istehsal edirdisə, indi bazar üçün istehsal edir. Gölün ətrafında çoxsaylı su quyuları qazılıb, gölə axan 13 təbii çayın suyu suvarmada istifadə edildiyindən təxminən üç dəfə azalıb”, deyə ekspert qeyd edib.

Urmiya gölü ilə bağlı konfrans
Urmiya gölü ilə bağlı konfrans
Onun fikrincə, gölün xilası üçün regionda kənd təsərrüfatının təyinatını dəyişmək lazımdır.
Bununla yanaşı Araz çayından və Xəzərdən Urmiyaya su çəkilməsi məsələsi də gündəlikdədir.

“Arazın suyunun Urmiyaya aparılması üçün ciddi relyef çətinlikləri var. Suyun Urmiyaya gedib çatıb-çatmayacağı da məlum deyil. Eyni zamanda Arazın suyunun Urmiyaya aparılmasına İranın Ərdəbil regionunda yaşayan insanlar narazıdır. Çünki bu region Arazın suyundan istifadə edir. Eyni zamanda transsərhəd çaylarının istiqamətini dəyişmək üçün çayın sahilindəki ölkələrin də razılığı olmalıdır”, R.Məmmədov bildirib.

Konfransa Amerikanın İllinoys Universitetinin doktoru Məmməd Babadüst də qoşulub. Mütəxəssis gölün fauna və florasının məhv olması ilə bağlı son məlumatları bölüşüb. Onun fikrincə, gölün quruması sahil ərazidə yaşayan 5 milyondan çox insanın köç etməsi deməkdir.

Urmiya gölü ilə bağlı konfrans
Urmiya gölü ilə bağlı konfrans
“Gölün ərazisində böyük duz dağları yaranıb və artıq külək duz fırtınaları yaradır. Bu isə 100 kilometrlərlə ərazinin səhralaşması deməkdir”.

Ekspert hesab edir ki, gölün ətrafında quyuların qazılması dərhal dayandırılmalıdır. “Urmiyaya axan 13 təbii çayların və bulaqların axarları bərpa edilməlidir”.

Çıxışlarda həmçinin gölün siyasi məqsədlərlə qurudulması da gündəliyə gətirilib.

“İran hökuməti gölü qurutmaqla bölgədəki demoqrafik situasiyanı dəyişmək istəyir. Gölün ətrafında azərbaycanlılar yaşayır və onların İranın digər bölgələrinə köçürülməsi İranın molla rejimi əleyhinə olan qüvvələrin nisbətinə təsir edəcək. Urmiya azərbaycanlıların tarixi ərazisidir və hökumətin siyasətinin əksinə olaraq dədə-baba torpaqlarından köçməməlidir”, Azərbaycan Milli Azadlıq Cəbhəsinin rəhbəri Qulamrza Səbri Təbrizi qeyd edib.
XS
SM
MD
LG