Accessibility links

Urmiya gəlini filmi mükafata layiq görülüb


Urmiyə gölünün son görüntüləri
Urmiyə gölünün son görüntüləri

Qurumaqda olan Urmiya gölünün xəyali monoloqu üzərində qurulan filmə Amerikada keçirilən Beynəlxalq Kinofestivalda mükafat verilib

Amerikada keçirilən Beynəlxalq Kinofestivalda (17 TH Rhode Island international film festival) İranlı kinematoqrafçı Məhəmməd Ehsaninin çəkdiyi “Urmiya gəlini” sənədli filmi mükafata ( FLICKERS NTERNATIONAL VISION AWARD: Breaking down international cultural barriers through film) layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqından Turan agentliyinə bildiriblər ki, film Urmiya gölünün problemlərinə həsr olunub

Əslən Təbrizdən olan rejissor M.Ehsaninin 30 dəqiqəlik poetik sənədli kino formatında çəkilmiş filmi qurumaqda olan Urmiya gölünün xəyali monoloqu üzərində qurulub. Monoloqda Urmiya gölü kömək istəyir, insanların, beynəlxalq ictimaiyyətin diqqətini problemə cəlb etmək istəyir. Festival rəhbərliyinin rejissora göndərdiyi məktubda filmin tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını xüsusi qeyd edilir.

Müsabiqəyə 65 ölkədən və Amerikanın müxtəlif ştatlarından 200-ə yaxın tammetrajlı, sənədli və qısametrajlı film təqdim edilib.

M.Ehsani Beynəlxalq Dokumentalislər Assosiasiyasının (İDA) və İran Sənədli Kino İstehsalçıları Assosiasiyasının üzvüdür. Filmlərində (Rakhsh on Flesh (2003 ), The Lovers: The Victims ( 2004 ), Bewildered ( 2005 ), Tabriz: Images from the forgotten world ( 2007 ), Immortality ( 2012 ) aktual sosial problemləri işıqlandırır.
XS
SM
MD
LG