Accessibility links

Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi həbs edilib


Qandal
Qandal

Bakının Səbail Rayon Məhkəməsi noyabrın 24-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 179.4 maddəsi (Mənimsəmə və ya israf etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirli bilinir.

Bu barədə Səbail rayon Məhkəməsindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər.

Əsgərov barəsində məhkəməyə vəsatəti Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiq verib.

Yerli medianın məlumatına görə, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

İttihama görə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

XS
SM
MD
LG