İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi hakim Ramin Qaraqurbanlının sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi Bakı şəhər Baş Gömrük İdarəsinin keçmiş əməkdaşları barəsində qərarından prokurorluğun etirazını təmin edib. Birinci instansiya məhkəməsi bəzi müttəhimlərə şərti cəza müddəti, bir hissəsinə isə bəraət verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.
Orxan Zöhrabov, Sadiq İsgəndərov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası isə 3 ay artırılaraq 5 il 3 aya qaldırılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslərin hamısı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2021-ci ilin mayında keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar sahibkarlardan rüşvət alaraq idxal mallarının buraxılmasının sürətləndirilməsində ittiham olunublar.