Accessibility links

Təbriz və Urmiyədə etiraz aksiyaları - Sərt polis müdaxiləsi


“Tarhe no” qəzetində dərc edilən bir yazıda türklər və qadınların aşağılanmasına etiraz olaraq İran Azərbaycanın ən böyük iki şəhəri Təbriz və Urmiyədə iyulun 26-da aksiya təşkil edən yüzlərlə vətəndaş polisin sərt müdaxiləsi ilə dağıdıldığı bildirilir.

Saxlanılanlar arasında Hüşəng Nağılı, Əli Əzizi, Ulduz Qasımi və Rüqəyyə Əlizadə var.

İnsan haqlarına dair məlumat yayan internet portalları o cümlədən, Oyan News və HRA agentliyinin verdiyi xəbərə görə, iki şəhərdə təqribən 20 etirazçı nəzarət altına alıb.

Saxlanılanlardan Hüşəng Nağılı, Əli Əzizi, Ulduz Qasımi və Rüqəyyə Əlizadənin adları qeyd olunub.

Yayılan məlumata görə, çevik qüvvələr və motosikletçi polislərin hücumuna məruz qalan bəzi etirazçılar dəyənəklə döyülüblər.

Oyan News aksiyalara qatılan vətəndaşların sayının yüzlər nəfər olduğunu bildirib. Aksiyalardan çəkilmiş videolarda etirazçılar “Haray, haray, mən türkəm!”, “Azərbaycan milləti çəkənməz bu zilləti” və “ölüm olsun faşizmə” kimi şüarları türk dilində səsləndiriblər.

Tarhe no qəzetinin "Bizim İran" sütununda türklər və qadınları aşağılayan ifadələrə yer verilib
Tarhe no qəzetinin "Bizim İran" sütununda türklər və qadınları aşağılayan ifadələrə yer verilib

Təbrizdə nəşr edilən Tarhe no qəzetinin iyulun 20-si sayında əfsanəvi qəhrəmanlar Rüstəm və Əfrasiyabın qarşıdurmasından bəhs edən bir hekayədə türklər və qadınlar haqqında təhqiramiz ifadələrə yer verilib.

Qəzetin “Bizim İran” sütunun təsvirinin sosial mediada nəşr edildikdən sonra sosial media istifadəçiləri, türk fəallar, yerli qəzetlər, Urmiyə və Qoşaçay kimi şəhərlərin millət vəkilləri və din xadimləri kimi qruplar arasında etiraz dalğası baş qaldırıb.

XS
SM
MD
LG