Təbrizdə nəşr edilən Tarhe no qəzetinin “Bizim İran” adlı sütununda yayımlanan bir hekayədə türklər və qadınların təhqir edilməsi əhali, mədəni fəallar, millət vəkilləri və din xadimləri kimi qrupların etirazına səbəb olub.
Qəzetin “Bizim İran” sütunun təsvirinin sosial mediada nəşr edildikdən sonra sosial media istifadəçiləri, türk fəallar, yerli qəzetlər, Urmiyə və Qoşaçay kimi şəhərlərin millət vəkilləri və din xadimləri kimi qruplar arasında etiraz dalğası oyandırıb.
Keçmiş saylarında İran Azərbaycanında fəaliyyət göstərən türk fəallar, Azərbaycan Respublikası və Türkiyəyə qarşı məqalələr dərc edən Tarhe no qəzetinin iyulun 20-də yayımlanmış sayında əfsanəvi qəhrəmanlar Rüstəm və Əfrasiyabın qarşıdurmasından bəhs edən bir hekayədə türklər və qadınlar haqqında aşağılayıcı ifadələrə yer verilib.
Qəzetin “Bizim İran” sütunun təsvirinin sosial mediada nəşr edildikdən sonra sosial media istifadəçiləri, türk fəallar, yerli qəzetlər, Urmiyə və Qoşaçay kimi şəhərlərin millət vəkilləri və din xadimləri kimi qruplar arasında etiraz dalğası oyandırıb.
Mən özüm türkəm və Azərbaycan əhalisinin təhqir edilməsi mənim üçün qəbuledilməzdir.Məhəmməd Rza Rəbbani
Anaj internet portalı qəzetin baş redaktorunun üzr istədiyini bildirsə də Rasa xəbər agentliyinə istinadən, etirazların ardından Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İrşad İdarəsi məsələsinin qanuni yollarda təqib ediləcəyinə söz verib.
Qəzetin baş redaktoru Məhəmməd Rza Rəbbani deyib: “Mən özüm türkəm və Azərbaycan əhalisinin təhqir edilməsi mənim üçün qəbuledilməzdir. Dərc olunan hekayə Firdovsinin Şahnaməsindəndir ki, bəzi sözləri yöndəmsiz bir şəkildə dəyişidirilib və həssasiyyət yaranmasına səbəb olub."