Accessibility links

Təbrizdə irqçiliyə qarşı etirazlara qatılanlara 74 şallaq və bir il həbs cəzası


9 noyabr 2015 - İran Azərbaycanı
9 noyabr 2015 - İran Azərbaycanı

Üçü qadın olmaqla 23 gənc haqda hökm çıxarılıb

Ötən il noyabr ayının 9-da İranda türklərə qarşı yürüdülən ayrı-seçkilik siyasətinə etiraz olaraq Azərbaycan vilayətlərində keçirilən kütləvi “anti irqçilik” aksiyalarına qatıldıqları zaman Təbrizdə nəzarət altına alınan 23 gənc qadın və kişi haqda şərti olaraq 74 şallaq və bir il həbs cəzası çıxarılıb.

Oyan News veb səhifəsində açıqlanmış məhkəmə sənədinin surətinə istinadən Səhər Tirəndaz, Hədiyə Fəthi, Sürəyya Azərhava, Fərşad Sadıqi Xiyavi, Şayan Dövlət Abadi, Səfər Bayrami, Ramin Behzad, Milad Əsgər, Bağır Fərmərzi, Süheyl Qadıri, Rza Bağıri, Məhəmməd Şəfaiyan, Nasir Purxədiv, Sacid Ənami, Bəhram Cövdət, Tovhid Əlicani, Təyyib Əlicani, Ümid Hatəmi, Əli Pejman, Adil Əmirpur, Hamid Nəsibi, Əlirza Abdullahi və Əlirza Şaban Qışlaq “qanunsuz aksiyaya qatılaraq ictimai asayişi pozmaq” ittihamı ilə mühakimə olunublar.

Hakim Məhəmməd Əli Pirinin imzaladığı hökmə əsasən, üç il ərzində gənc təbrizlilər tərəfindən “yeni qanun pozuntusu həyata keçirildiyi təqdirdə” şallaq və həbs cəzası icra ediləcəkdir.

Keçən ilin noyabr ayında İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından İran Azərbaycanı və Tehranda baş qaldıran kütləvi etirazlarda bir çox vətəndaş və fəal polis zorakılığına məruz qalaraq həbs edilib.

XS
SM
MD
LG