Accessibility links

İran televiziyasında türklərin aşağılanmasına geniş etiraz var [Video]


"Fitilə" verilişi
"Fitilə" verilişi

Azərbaycan vilayətlərində təpkilər genişlənir

Noyabrın 6-da dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramında türklərin təhqir edilməsinə qarşı təpkilər İran televiziyası məsullarının üzr istəməsinə baxmayaraq genişlənərək davam etməkdədir.

Bu haqda İranın rəsmi xəbər agentlikləri və Azərbaycan vilayətlərində yayılan internet qəzetləri ətraflı məlumat yayırlar.

Cümə günü noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

Verilişin yayılmasından sonra Azərbaycan vilayətlərində başlanan təpkilərin genişlənib kəskinləşməsi nəticəsində siyasətçilər və millət vəkilləri İran dövlət televiziyasına etiraz bildirərək məsulların üzr istəməsini tələb ediblər.

Bu istiqamətdə Şərqi Azərbaycan valisi, Təbriz, Urmiyə, Ərdəbil, Xalxal, Sərəskənd (Həştrud) və Mərənd kimi şəhərlərin millət vəkilləri, eləcə də müxtəlif Azərbaycan şəhərlərinin şura üzvləri və digər tanınmış şəxsiyyətlər ayrı açıqlamalar və etiraz bəyanatları yayıblar.

Toplum, mədəni fəallar, tanınmış sənətçilər, futbolçular və millət vəkillərinin sərt reaksiyalarından sonra İranın dövlət televiziyasının ictimai əlaqələr bürosu “Fitilə” verilişinin yayımının dayandırılmasını bildirsə də, təpki və etiraz artaraq davam etməkdədir.

Təbriz millət vəkili Məhəmməd İsmayıl Səidi yerli media ilə müsahibədə İran telekanalında türklərin təhqir edilməsinin qəsdən həyata keçirildiyini ifadə edib.

Sosial şəbəkələrin güneyli istifadəçiləri İran televiziyası məsullarının üzrünün səmimi olmadığını, yaydığı bəyanatda Türk yerinə “Azəri” ifadəsi işlədərək təhqir etməyə davam etdiyini önə çəkirlər. Güneyli fəallar bu növ proqramların yayımını İranda türklərə qarşı sistemli irqçilik siyasətinin bir hissəsi olduğunu vurğulayırlar.

XS
SM
MD
LG