Accessibility links

 
Şahin Xiyavlı: Etirazçıların tələbi türklərə qarşı ayrıseçkiliyə son qoyulmasıdır [Audio-Müsahibə]

Şahin Xiyavlı: Etirazçıların tələbi türklərə qarşı ayrıseçkiliyə son qoyulmasıdır [Audio-Müsahibə]


İnsan haqları fəalı Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə dünən noyabrın 9-da İranda türklərə qarşı yürüdülən ayrı-seçkilik siyasətinə qarşı Azərbaycan vilayətlərində keçirilən kütləvi etirazların mahiyyəti haqqında danışıb. Hüquq müdafiəçisi həmçinin aksiyalar zamanı baş verən həbslərlə bağlı məlumat verib.

please wait

No media source currently available

0:00 0:14:17 0:00

Noyabrın 9-da baş verən kütləvi aksiyalar bir neçə gün öncə dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramında türklərin aşağılanmasına qarşı ortaya çıxan təpkilərin davamında həyata keçirilib.

Şahin Xiyavlı
Şahin Xiyavlı

Şahin Xiyavlının söylədiklərinə görə, “aksiyalar əsasən İran televiziyasında sərgilənən irqçiliyi məhkum etmək” üçün həyata keçirilsə də etiraz mitinqlərində türklərə qarşı ayrı-seçkiliklərə son qoyulması və türk dilində təhsil kimi tələblər də irəli sürülüb.

Hüquq müdafiəçisi müxtəlif şəhərlərdə polis qüvvələri və mitinqlərə qatılanlar arasında qarşıdurmalar olduğunu və bir çox etirazçının nəzarət altına alındığını bildirib.

Polis hücumu nəticəsində bəzi etirazçıların yaralandığını bildirən Xiyavlının dediklərini sosial şəbəkələrdə yayımlanan şəkillər və videolar da təsdiq edir.

Şahin Xiyavlı şüarların əksəriyyətinin türk dili və türk kimliyi ilə əlaqədar olmasına diqqət çəkərək Pəhləvi dönəmindən bəri inkar edilən milli hüquqlar və milli kimliyin bu şüarlar vasitəsilə gündəmə gəldiyini qeyd edir.

Güneyli fəal aksiyalarda nəzarət altına alınan və yaralananlar haqqında daha dəqiq və ətraflı məlumatın əldə edilməsinin bir neçə gün vaxt ala biləcəyini deyir. Amerikanən Səsinin əldə etdiyi məlumata görə, xüsusilə Urmiyə, Zəncan və Xiyav (Meşginşəhr) şəhərlərində onlarla etirazçı ağır şəkildə yaralanıb.

Cümə günü noyabrın 6-da İran televiziyasının 2-ci kanalında

yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

Həmin proqram haqqında danışan Şahin Xiyavlı qeyri-fars cəmiyyətlər xüsusilə türklər və ərəblərin bu növ verilişlərdə təhqir edilməsinin sistemli assimilyasiya siyasətinin istiqamətində olduğunu önə çəkir.

Xüsusilə, Urmiyə və Zəncan şəhərlərində keçirilən aksiyalardan çəkilən şəkillərdə üzərində türkcə, eləcə də ingiliscə və farsca şüarların yazıldığı plakatlar görünür.

Şahin Xiyavlı şüarların əksəriyyətinin türk dili və türk kimliyi ilə əlaqədar olmasına diqqət çəkərək Pəhləvi dönəmindən bəri inkar edilən milli hüquqlar və milli kimliyin bu şüarlar vasitəsilə gündəmə gəldiyini qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG