Accessibility links

Ştefan Fule: Azərbaycandakı durumdan çox narahatıq


Avropa İttifaqının komissarı Stefan Fule
Avropa İttifaqının komissarı Stefan Fule

Avropa İttifaqının genişlənmə üzrə komissarı Ştefan Fule sentyabrın 8-də Bakıda Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşüb.

Komissar ölkədə insan haqlarının məhdudlaşdırılması faktları ilə bağlı ciddi narahatlığını ifadə edib.

“Avropa İttifaqı hazıdki vəziyyətdə vətəndaş cəmiyyəti fəallarının əzmkarlığını çox yüksək qiymətləndirir. Biz insan haqları, demokratiya və əsas azadlıqlar ilə bağlı problemləri diqqətlə izləyirik. Avropa İttifaqı dəfələrlə vətəndaş cəmiyyəti ilə bağlı qanunvericiliyə edilmiş məhdudlaşdırıcı dəyişikliklər, bir sıra tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi ilə bağlı öz narahatlığını ifadə edib”, Fule deyib.

Avropa komissarı stabil demokratik dövlətdə ictimai debatların çox vacib olduğunu xatırladıb.

“Məhz buna görə də biz Azərbaycanın vətəndaş cəmiyyətini dəstəkləmişik və dəstəkləyəcəyik. Bu məqsədlə Avropa İttifaqı Azərbaycan vətəndaş cəmiyyətinə, demokratiya və insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərə 3 milyon avro ayırıb”.

Qapalı keçirilən görüşdə Fule və vətəndaş cəmiyyəti nümayəndələri mövcud durumu müzakirə edib.

Mövzuya uyğun

XS
SM
MD
LG