NİDA Vətəndaş Hərəkatı bu həftədən siyasi məhbuslar üçün "Vicdana məktub" kampaniyasına başlayır. Bu barədə NİDA Facebook səhifəsində məlumat yayıb.
Xəbərdə deyilir ki, hazırda ölkədə siyasi fəaliyyətinə, dini inanclarına görə həbs olunmuş 100 nəfərdən çox vicdan məhbusu var. “Onlara tanımadıqları şəxslər tərəfindən yazılan bir neçə cümləlik məktub böyük mənəvi dəstək olacaq”.
Hər həftə 5 nəfər siyasi məhbus üçün məktub yazılacaq.
“Bu həftə məktublarınızı araşdırmaçı- jurnalist Xədicə İsmayıla, Müsavat başqanının müavini Tofiq Yaqubluya, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyəti üzvü Seymur Həziyə, ilahiyyatçı Tale Bağırzadəyə və Nida Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundova yaza bilərsiniz”, NİDA bildirir.