Accessibility links

Gültəkin Hacıbəyli: Biz siyasi məhbuslar üzrə dünya çempionuyuq [Audio-Müsahibə]


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin sabiq üzvü Gültəkin Hacıbəyli Avropa Şurası monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin 3 günlük səfərinin mahiyyətini dəyərləndirib.

please wait

No media source currently available

0:00 0:07:47 0:00
Direct link

O, həmməruzəçilərin mütəmadi olaraq monitorinq altında olan ölkələrə səfərini sıradan adlandırıb. Azərbaycanın şura qarşısındakı öhdəliklərinin bir sıra bəndlərinə hələ də əməl etməməsi barədə Gültəkin Hacıbəyli deyib ki, Azərbaycanın bu sahədəki problemləri həll etməsi üçün heç bir maneəsi yoxdur və yeganə problem siyasi iradə çatışmazlığıdır.

Siyasi məhbusların sayının artdığı müşahidə edilir. Ekspertlər Azərbaycanın Avropa Şurasına daxil olmasından sonra ölkədə fundamental hüquqların vəziyyətinin kəskinləşdiyini deyir.

Azərbaycanın şuraya 2001-ci ildə daxil olduğunu deyən Gültəkin Hacıbəyli o zaman ölkənin üzərinə ciddi öhdəlik götürdüyünü bildirib.

“716 nəfərdən ibarət siyasi məhbus siyahısı var idi. O siyahının tərtibçiləri-Leyla Yunus və Eldar Zeynalovdur. İndi Leyla Yunusun özü həbsdədir. Azərbaycan məhbusların mövcudluğunu etiraf etdi və siyahı üzrə iş aparmağa razılıq verdi. Bu sahədə çox ciddi, çox məhsuldar iş getdi. Nəticədə 716 nəfərlik siyahı, - bir neçə il ərzində bu sıyahıda olanların hamısı olmasa da, böyük əksəriyyəti azadlığa qovuşdu. Siyahı həll olduqdan sonra Azərbaycanın öz keçmişinə qayıtmayacağını düşünürdük. Amma təəssüflər olsun ki, bu gün yeni bir tendensiya baş qaldırıb. Azərbaycanda siyasi məhbusların sayı durmadan artır. Bu gün artıq biz siyasi məhbuslar üzrə dünya çempionuyuq”.

Məruzəçilərin səfərlərindən əldə edilən müsbət nəticələrə gəldikdə isə Gültəkin Hacıbəyli əvvəllər görülən müsbət işləri önə çəkməklə yanaşı, hazırkı həmməruzəçilərin Azərbaycanda hakimiyyətin atdığı addımları dəstəklədiyini və onları alqışlamaq funksiyasını yerinə yetirdiyini vurğulayıb.

“Bu baxımdan mən təəssüf hissi ilə qeyt etmək istəyirəm ki, həm monitorinq qrupu üzrə həmməruzəçilər, həm də siyasi məhbuslar üzrə məruzəçi Pedro Aqramunt öz vəzifələrinin öhdəsindən gələ bilmir. Onlar Avropa Şurasının Azərbaycandakı imicini diskreditasiya edir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG