Aprelin 7-də Müdafiə Nazirliyində Azərbaycana rəsmi səfərə gəlmiş Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Azərbaycan Silahlı Qüvvələrinin baş Qərargah rəisi Nəcməddin Sadıkov və müdafiə naziri Zakir Həsənovla görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Nəcməddin Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkünün mövcudluğu problemini Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimovun diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb. İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən aprelin 8-də Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.
Azərbaycan müdafiə naziri Zakir Həsənov ölkələr arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
V.Gerasimov da öz növbəsində iki dövlətin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan-Rusiya hərbi əlaqələri, tərəfdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müdafiə naziri Zakir Həsənovun iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.