Accessibility links

Elxan Şahinoğlu: Ukrayna ərazisi uğrunda mübarizə aparmasa, heç kim Krımı Rusiyadan almayacaq [Video-müsahibə]


Elxan Şahinoğlu: Ukrayna ərazisi uğrunda mübarizə aparmırsa, heç kim Krımı Rusiyadan
almayacaq
please wait

No media source currently available

0:00 0:04:57 0:00
Direct link

Elxan Şahinoğlu: Ukrayna ərazisi uğrunda mübarizə aparmırsa, heç kim Krımı Rusiyadan almayacaq

Atlas Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə müsahibəsində Ukrayna böhranının yaradacağı yeni münasibətlərdən danışıb. O ötən əsrin 30-cu illərində faşist Almaniyasının lideri Adolf Hitlein almanların hüquqlarını qorumaq adı altında Sudetə hücumu ilə Rusiya lideri Vladimir Putinin Krımı ilhaqı arasında paralellər aparıb.
Bir sözlə Rusiyanın gücünə qarşı güc qoyulmazsa o irəliləməkdə davam edəcək
Şahinoğlu hesab edir ki, regionda gərginlik artmaqda davam edəcək. “Çünki Rusiya Krımı ilhaq edib və geri çəkilən deyil. Bunu hamı anlayır”.

Onun fikrincə, Ukrayna Krım uğrunda nəinki savaşdı, mübarizə də aparmır. “Bəzən düşünürük ki, qərb Rusiyanı çox ciddi cəzalandıracaq. Amma Ukrayna öz ərazisi uğrunda mübarizə aparmırsa, təbii ki, heç kim Krımı Rusiyadan alıb Ukraynaya qaytarmayacaq. Bir sözlə Rusiyanın gücünə qarşı güc qoyulmazsa o irəliləməkdə davam edəcək”.
İndi Krım işğal olundu, bəs sabah nə olacaq.
Politoloq deyib ki, 20-ci əsrin 30-cu illərində Hitler də harada alman var müdafiə edək devizi ilə hərəkət edib. “Bu isə dünya müharibəsi ilə nəticələndi. Çünki qərb dövlətləri Hitlerə qarşı yumşaq siyasət yürüdürdü. Faktiki eyni hadisələr indi də baş verir. Rusiya Gürcüstan ərazilərini işğal edəndə əvvəlcə birlik nümayiş etdirildi və sonra Rusiyanın hərəkətləri unuduldu. Qərb Putinlə əməkdaşlığa başladı. İndi Krım işğal olundu, bəs sabah nə olacaq”, o sual edib.
Putin Krımı ilhaq edəndə bilirdi ki, ona qarşı sərt reaksiyalar olacaq.
Şahinoğlu qərbin Rusiyaya qarşı sanksiyalarını ciddi hesab etmir. “Daha ciddi sanksiyalar olmazsa, Putin hərəkətlərini davam etdirəcək. Çünki Rusiyanın bu hərəkətləri qabaqcadan düşünülüb. Putin Krımı ilhaq edəndə bilirdi ki, ona qarşı sərt reaksiyalar olacaq, “Böyük
Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu
səkkizlik”dən də çıxarılacaq, sanksiyalar olacaq, inam itəcək. O bütün bunları bilərəkdən Krımı işğal etdi”.

Politoloqun fikrincə, iqtisadi və maliyyə sanksiyaları Rusiyaya ciddi təsir edəcək. “Qərb Rusiya qaz və neftindən imtina etsə Rusiya çox ciddi ziyanla üzləşə bilər. Amma Rusiya iqtisadiyyatı da dünya iqtisadiyyatı ilə çulğalaşıb. Həmçinin bu sanksiyalar Rusiyanın Krımdan çıxmasına gətirib çıxarmayacaq”.
Sanksiyalar Rusiyanın Krımdan çıxmasına gətirib çıxarmayacaq.
Rusiyanın Krımı, Abxaziya və Cənubi Osetiyanı işğalı cavabsız qaldığından hazırda Putindən dostları da çəkinməyə başlayıb. “dünənədək dost olduğu Ukraynanın ərazisi işğal edilirsə, heç kim Belorusun, Qazaxıstanın, Moldovanın ərazilərinin işğal edilməyəcəyinə qarantiya ola bilməz. Eyni təhlükə Cənubi Qafqaz və Azərbaycan üçün də var”, Şahinoğlu qeyd edib.
Vaxtı ilə Jirinovski deyəndə ki, Krım Rusiyaya birləşdirilsin heç kim inanmazdı.
Vaxtı ilə Jirinovski deyəndə ki, Krım Rusiyaya birləşdirilsin heç kim inanmazdı. İndi də Dağlıq Qarabağla bağlı belə şayiələr yayılmaqdadır. “Bu səbəbdən də Cənubi Qafqaz ölkələri, o cümlədən də Azərbaycan ehtiyatlanmağa başlayıb. Rusiyanın hərəkətləri məntiqə söykənmir. Ona görə də düşünmək olar ki, Rusiyanın cənuba doğru diplomatik və hərbi hücum təhlükəsi Azərbaycanı da gözləyə bilər. Bu mənada Azərbaycanın Türkiyə ilə birgə hərəkət etməyə ehtiyacı var”, politoloq bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG