Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktı üzrə açılmış cinayət işi üzrə 6 nəfərdən başqa saxlanan yoxdur. Bu barədə Ameriknaın Səsinə hüquq mühafizə orqanlarındakı mənbələrdən bəlli olub.
Mənbə bəzi KİV-lərdə daha bir futbolçunun saxlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Həmin futbolçu istintaqa dəvət olunub və ifadəsi alındıqdan sonra azad buraxılıb. Onun özü də bu barədə mediaya danışıb”.
Mənbə həmçinin istintaq hərəkətlərinin intensiv şəkildə davam etdirildiyini deyib.
“Hazırda şoxsaylı ekspertizalar təyin edilib, insanlar dindirilir”, o qeyd edib.
Rasim Əliyevin valideynlərinin jurnalisti müayinə və müalicə edən həkimlərin məsuliyyətə cəlb edilməsi ilə bağlıtələblərinə gəlincə, mənbəə bununla bağlıSəhiyyə Nazirliyinin araşdırma apardığını bildirib.
“Hələ ki, hər hansı həkim məsuliyyətə cəlb edilməyib”, o qeyd edib.
Jurnalist Rasim Əliyev Facebook səhifəsində təniqidi status yazdıqdan sonra “Qəbələ” futbbol komandasının oyunçusu Cavid Hüseynovun yaxınları tərəfindən avqustun 8-də evindən çağırılaraq döyülüb. Jurnalsit avqustun 9-da Bakı Kliniki Tibbi Mərkəzdə ölüb.
Rasim Əliyevin döyülərək öldürülməsi faktı üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalistin qətlində iştirak edən futbolçunun qohun və yaxınları olan 5 nəfər Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Istintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu Elşən Ismayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.