Accessibility links

Jurnalistlər qətlə yetirilən həmkarlarının xatirəsini anıblar [Video]


Rasim Əliyev vəfat edib
Rasim Əliyev vəfat edib

Onlar icraçılarının tapılıb cəzalandırılmasını tələb ediblər

Bu gün Xədicə İsmayılın işi üzrə məhkəmə prosesini işıqlandıran jurnalistlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçiriblər.

Jurnalistlər döyülmə nəticəsində aldığı xəsarətlərdən avqustun 9-da ölən Rasim Əliyevin xatirəsini anıblar.

Aksiya bir dəqiqəlik sükut formasında keçirilib. Sonra çıxış edən jurnalistlər Əvəz Zeynallı, Aynur İmranova, Xalıq Bahadır, Rövşən Hacıyev və başqaları jurnalistin qətlinin sifarişçilərinin və icraçılarının tapılıb cəzalandırılmasını tələb ediblər. Eyni zamanda onlar bunun baş tuta biləcəyinə şübhə ilə yanaşıblar.

Çıxış edənlər bu fikirdə olublar ki, cəzasızlıq atmosferi, media nümayəndələrinə qarşı cinayətlərin açılmaması jurnalist ölümünə səbəb olur.

Xatırladaq ki, 2014-cü ilin payızından Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna rəhbərlik edən R.Əliyev “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqid etdikdən sonra bir qrup şəxs tərəfindən döyülüb.

Reportyor aldığı yaralardan avqustun 9-da ölüb.

Qeyri-rəsmi məlumatlara görə, R.Əliyevə hücum faktı ilə bağlı futbolçunun qohumu və bir neçə nəfər saxlanılıb.

Jurnalistlər qətlə yetirilən həmkarlarının xatirəsini anıblar
please wait

No media source currently available

0:00 0:02:22 0:00

XS
SM
MD
LG